səviyyəsi bu sistem və şəbəkələrin mülkiyyətçisi tərəfindən təmin edilir.
30.3.Korporativ informasiya sistemlərində elektron sənəd dövriyyəsinin mühafizə tədbirlərinin lazımi
səviyyəsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq olaraq bu sistemin
mülkiyyətçisi tərəfindən və ya iştirakçıların razılaşmasına uyğun təmin edilir. M a d d ə 32. Məzmununu konfidensial informasiya təşkil edən elektron sənədlər 32.1.Tərkibində dövlət, kommersiya, bank sirləri təşkil edən məlumatlar və digər konfidensial
informasiyalar olan elektron sənədlərin istifadə qaydası və mühafizə tədbirləri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
32.2.
Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin mübadiləsi üçün yalnız sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə olunmalıdır. 32.3.Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi
üçün istifadə olunan informasiya sistemlərinin ekspertizası müvafiq icra hakimiyyəti orqanı
(Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
32.4.Bu Qanunun 32.1-ci maddəsində nəzərdə tutulan elektron sənədlərlə işləməyə buraxılan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bu sənədlərin mühafizəsi üçün zəruri
tədbirlərin görülməsini təmin etməlidirlər.
32.5.Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən elektron sənəd dövriyyəsini həyata keçirən
subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə müraciət və onların mühafizə üsullarını
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özləri müəyyən edirlər.