91
Esed_muellim_rustemli
051-395-94-95
27.1. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya
özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin
avtomatik ötürdüyü
elektron
sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir.
27.2. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron
sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən
avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır.
27.3. Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir:
27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa;
27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə;
27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı
idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır
.
27.4. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə
çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında
razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir.
27.5. Göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində
təsdiqləmə alınmamışdırsa, Göndərən bu barədə Alanı məlumatlandırır və
təsdiqləmənin göndərilməsi
müddətini təyin edir.
27.6. Bu Qanunun 27-ci maddəsi elektron sənədlərin göndərilməsi və ya alınması ilə bağlı münasibətlər
istisna olmaqla, elektron sənədlərin məzmunundan və alınmanın təsdiqlənməsindən irəli gələn digər
münasibətləri tənzimləmir.
M
a d d ə 2 8.
Elektron sənədin göndərilmə və alınma vaxtı
28.1. Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin
Göndərənin və ya onun adından çıxış edən
Dostları ilə paylaş: