şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. 28.2. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə,
elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. 28.3. Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt
göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər. M a d d ə 2 9. Elektron sənədin saxlanılması 29.1. Elektron sənədin saxlanılma qaydası aşağıdakı şərtlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir:
29.1.1.elektron sənəd yaradıldığı, ötürüldüyü və ya qəbul edildiyi quruluşu saxlasın; 29.1.2.elektron sənəd onu Göndərəni, Alanı, göndərilmə və alınma vaxtını müəyyən etməyə imkan versin; 29.1.3.elektron sənəddə olan informasiya növbəti istinad üçün istifadə edilə bilsin; 29.1.4.elektron sənədin saxlanılma müddəti kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən az olmasın; 29.1.5.qanunvericiliklə və tərəflərin razılığı ilə müəyyən edilən digər şərtlərə uyğun gəlsin.
29.2.Bu Qanunun 29.1-ci maddəsi saxlanılması zəruri olmayan elektron sənədlərə şamil edilmir.
29.3.Elektron sənədlərin saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq
digər hüquqi və fiziki şəxslərin xidmətlərindən istifadə edilə bilər.
M a d d ə 3 0. Elektron sənədin mühafizəsi 30.1.Elektron sənəd dövriyyəsi zamanı elektron sənədin mühafizəsi məqsədilə Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olan
proqram və texniki vasitələrdən istifadə edilməlidir.
92
Esed_muellim_rustemli
051-395-94-95
30.2.Elektron sənəd dövriyyəsində istifadə edilən informasiya sistem və şəbəkələrində mühafizə
tədbirlərinin lazımi