Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır .
M a d d ə 2 5. Elektron sənədin surəti və onun təsdiq edilmə qaydası 25.1. Elektron sənədin surəti onun
kağız daşıyıcıda əks edilmiş xarici təqdimat formasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada təsdiq edilməsi ilə hazırlanır .
25.2. Elektron sənədin kağız daşıyıcıdakı nüsxəsində onun müvafiq elektron sənədin surəti olması qeyd edilməlidir. 25.3. Elektron sənədin kağız daşıyıcıdan başqa digər maddi obyektdəki və ya kağız daşıyıcıdakı,
lakin müvafiq qaydada təsdiq edilməmiş nüsxəsi onun surəti sayılmır. 25.4. Elektron sənədin əsli və bu Qanunun 25.1-ci maddəsinin tələblərinə cavab verən
kağız daşıyıcı üzərindəki surəti eyni hüquqi qüvvəyə malikdir. V fəsil ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ M a d d ə 2 6. Elektron sənəd dövriyyəsinin təşkilinin əsasları 26.1. Elektron sənədin istifadəsi və dövriyyəsi Azərbaycan Respublikası qanunvericiliyi və ya
elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. 26.2. Azərbaycan Respublikasının qanunvericiliyində və bağlanmış müqavilədə elektron sənədlərin
mübadiləsi qaydası və onunla bağlı olan texniki-təşkilati tələblər (sənədlərin mübadilə forması, onların
yoxlanılma proseduru, sənədin alınmasının təsdiqlənməsi üçün məqbul hesab edilən müddət, forma və sairə)
müəyyən edilir.
26.3. Elektron sənəd dövriyyəsinin sənədləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş
kargüzarlıq standartları və qaydaları əsasında həyata keçirilir.
26.4.