Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “
Azərbaycan
Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının
Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydalarını
müəyyən edir.
Maddə 1. Azərbaycan Respublikasının Dövlət Gerbi 1.1. Azərbaycan Respublikası Konstitusiyasının
23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan
Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir.
1.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikası Dövlət Gerbinin
təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.
Maddə 2. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət 2.1. Azərbaycan Respublikası Konstitusiyasının
75-ci maddəsinə əsasən,
hər bir vətəndaş Azərbaycan Respublikasının
Dövlət Gerbinə hörmət etməlidir . Azərbaycan Respublikasının Dövlət
Gerbinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
2.2. Azərbaycan Respublikası
Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan
Respublikasının vətəndaşları ilə yanaşı
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci
maddəsində göstərilən vəzifəni daşıyırlar.
Maddə 3. Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul olunmuş digər normativ hüquqi
aktlardan ibarətdir.