orqanları rəhbərlərinin , Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının
başçılarının iş otaqlarında daimi yerləşdirilir.
3.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası
Prezidentinin , dövlət
nümayəndə heyəti rəhbərlərinin , xidməti vəzifələrini yerinə yetirərkən
diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir.
3.3. Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və
qaydada
andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir.
M a d d ə 4 . Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadəsi 4.1. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri b
eynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikası mülki hava gəmilərinin və Azərbaycan Respublikasının hüdudlarından
kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur.
4.2. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidməti
sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur.
4.3. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikasının
dövlət mükafatlarının , habelə qanunvericiliklə nəzərdə tutulmuş hallarda rəsmi
döş nişanlarının elementi kimi
istifadə edilir.
M a d d ə 5 . Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi 5.1. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət
təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində
qaldırıla (asıla) bilər. 5.2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları,
siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə
bilər.
5.3.