117
Esed_muellim_rustemli
051-395-94-95
5.1. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,
dövlət rəmzləri
müəlliflik hüququnun obyekti deyildir
.
5.2. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Himnini qeyri-qanuni istifadədən və ona
zərər vuran digər hərəkətlərdən qoruyur.
Maddə 6. Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar və həmin
hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər
6.1. Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:
6.1.1. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andiçmə mərasimində
(and içdikdən
sonra);
6.1.2. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına
gəldiyi zaman;
6.1.3. Azərbaycan Respublikası Milli Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və
qurtarması zamanı;
6.1.4. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının
başlanması və qurtarması zamanı;
6.1.5. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların
açılışı və bağlanışı zamanı;
6.1.6. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;
6.1.7. Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və
Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin
açılışı zamanı;
6.1.8. dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət
təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının
Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);
6.1.9. Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının
qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).
6.2. Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya
orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən
istifadə etməklə
Dostları ilə paylaş: