2 Esed muellim rustemli 051-395-94-95


Maddə 2. Azərbaycan Respublikasının Dövlət Himninə hörmət



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə211/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   207   208   209   210   211   212   213   214   ...   240
Əsəd-Rüstəmli 2021

Maddə 2. Azərbaycan Respublikasının Dövlət Himninə hörmət 
2.1. Azərbaycan Respublikası Konstitusiyasının 
75-ci maddəsinə 
əsasən, hər bir vətəndaş Azərbaycan 
Respublikasının Dövlət Himninə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Himninə 
hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 
2.2. Azərbaycan Respublikası Konstitusiyasının 
69-cu maddəsinə 
əsasən, Azərbaycan Respublikasının 
vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən 
vəzifəni daşıyırlar. 
Maddə 3. Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik 
Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik Azərbaycan Respublikasının 
Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi 
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar 
çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul edilmiş digər normativ hüquqi 
aktlardan ibarətdir. 
Maddə 4. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri 
4.0. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır: 
4.0.1. Azərbaycan Respublikasının Dövlət Himninin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş 
təbliğ etmək və onları bu barədə maarifləndirmək; 
4.0.2. gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Himninə hörmət ruhunda 
tərbiyələndirmək; 
4.0.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Himninə 
qarşı hörmətsizliyin nümayiş etdirilməsinin qarşısının alınması üçün 
beynəlxalq hüquq normalarına və 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
uyğun tədbirlər görmək; 
4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin