2 Esed muellim rustemli 051-395-94-95


bu və ya digər sirri təşkil etdikdə



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə219/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   215   216   217   218   219   220   221   222   ...   240
Əsəd-Rüstəmli 2021

bu və ya digər sirri təşkil etdikdə. 
7.2. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyildir: 
7.2.1. başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım göstərə 
bilərsə; 
7.2.2. həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olmayan yalnız böyük məsrəf 
hesabına hüquqi yardım göstərə bilərsə. 
7.3. İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda, ona həmin məqsədlə müraciət 
etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən 
üç gün 
müddətində bu barədə yazılı məlumat 
verməlidir. 
7.4. Müraciət edən inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə baxılması barədə 
hüquqi yardım üçün müraciət olunmuş orqana münasibətdə nəzarət funksiyasını həyata keçirən yuxarı 
inzibati orqana müraciət edə bilər. Yuxarı inzibati orqan tərəfindən həmin məsələyə 
5 gün 
müddətində 
baxılır və qəti qərar qəbul edilir. Hüquqi yardımdan imtina əsassız hesab edildikdə, yuxarı 
inzibati orqan belə yardımın dərhal göstərilməsi barədə hüquqi yardım üçün müraciət olunmuş inzibati 
orqana müvafiq tapşırıq verir.
Maddə 8. Hüquqi yardımla bağlı xərclərin ödənilməsi 
  
Hüquqi yardımla bağlı müraciət etmiş orqan, belə yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş 
xərclər 
iyirmi iki manatdan yuxarı olduqda,
həmin xərcləri ödəməlidir.
Maddə 9. Sənədlərin surətini rəsmi təsdiq etmək hüququ 
  
9.1. İnzibati orqan, özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş 
inzibati aktların və ya 
digər sənədlərin surətini təsdiq edə bilər. 
9.2. İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş 
inzibati aktların və ya digər 
sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir. 
9.3. Məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədin təsdiq olunmasına yol verilmir. 
9.4. Sənəd təsdiq edilərkən aşağıdakı məlumatları əks etdirən vərəq tərtib olunmalıdır: 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin