123
Esed_muellim_rustemli
051-395-94-95
15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl
olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən
fiziki və hüquqi şəxslərin üzərinə bu və ya
başqa öhdəliklərin qoyulması qadağandır.
15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal
tələblərə əməl olunmaması və ya
lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq
qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz
.
15.3. İnzibati orqanlar
fiziki və ya hüquqi şəxslər tərəfindən
təqdim olunmuş sənədlərdə yazı və
hesab zamanı yol verilmiş aşkar və
düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul
etməkdən imtina edə bilməz
.
Maddə 16.
Hüququn tətbiqindən imtinanın qadağan olunması
16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati
orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə
həmin normanı tətbiq etməyə borcludur.
16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda,
maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
Maddə 17.
Mütənasiblik prinsipi
Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni
nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq
üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 18.
Dostları ilə paylaş: