eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən
fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri
eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur . Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın
dəyişdirilməsini istisna etmir.
Maddə 13.
Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına
fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati
praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai
maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati
praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli
inzibati orqanların vədlərinə,
bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur .
13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları
yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu
Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur.
13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 14.
Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan
diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.
14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar