bu və ya digər sirri təşkil etdikdə. 7.2. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyildir: 7.2.1. başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım göstərə bilərsə; 7.2.2. həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olmayan yalnız böyük məsrəf hesabına hüquqi yardım göstərə bilərsə. 7.3. İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda, ona həmin məqsədlə müraciət
etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən
üç gün müddətində bu barədə yazılı məlumat
verməlidir.
7.4. Müraciət edən inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə baxılması barədə
hüquqi yardım üçün müraciət olunmuş orqana münasibətdə nəzarət funksiyasını həyata keçirən yuxarı
inzibati orqana müraciət edə bilər. Yuxarı inzibati orqan tərəfindən həmin məsələyə
5 gün müddətində baxılır və qəti qərar qəbul edilir. Hüquqi yardımdan imtina əsassız hesab edildikdə, yuxarı
inzibati orqan belə yardımın dərhal göstərilməsi barədə hüquqi yardım üçün müraciət olunmuş inzibati
orqana müvafiq tapşırıq verir.
Maddə 8. Hüquqi yardımla bağlı xərclərin ödənilməsi Hüquqi yardımla bağlı müraciət etmiş orqan, belə yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş
xərclər
iyirmi iki manatdan yuxarı olduqda, həmin xərcləri ödəməlidir.
Maddə 9. Sənədlərin surətini rəsmi təsdiq etmək hüququ 9.1. İnzibati orqan, özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş
inzibati aktların və ya digər sənədlərin surətini təsdiq edə bilər. 9.2. İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş
inzibati aktların və ya digər sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir. 9.3. Məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədin təsdiq olunmasına yol verilmir.
9.4. Sənəd təsdiq edilərkən aşağıdakı məlumatları əks etdirən vərəq tərtib olunmalıdır: