təmin edir; - muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini
təmin edir; - Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
qərar və sərəncamlar qəbul edir. M a d d ə 1 4 1 . Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. DÖRDÜNCÜ BÖLMƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ I X f ə s i l
BƏLƏDİYYƏLƏR M a d d ə 1 4 2 . Yerlərdə özünüidarənin təşkili I. Yerli özünüidarəni
bələdiyyələr həyata keçirir.
II. Bələdiyyələr
seçkilər əsasında yaradılır.
III. Bələdiyyələrin statusunun əsasları bu
Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə
qanunla müəyyən edilir.
M a d d ə 1 4 3 . Bələdiyyələrin işinin təşkili I. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir.
II.
Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır. M a d d ə 1 4 4 . Bələdiyyələrin səlahiyyətləri I. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir:
1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların
səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyənin reqlamentinin
təsdiq edilməsi; 3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi; 4) yerli vergilərin və ödənişlərin müəyyən
edilməsi; 5) yerli büdcənin və onun icrası haqqında hesabatların