təqsirsizlik prezumpsiyası prinsipinə riayət olunması təmin edilir.
M a d d ə 1 2 . Məhkəmə icraatının açıq aparılması Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin V hissəsinə əsasən işlərə məhkəmənin
qapalı iclaslarında baxılması halları istisna olmaqla,
bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır .
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla,
cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir. Bütün hallarda məhkəmələrin qərarları açıq elan edilir. M a d d ə 1 3 . Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla Azərbaycan
Respublikası Konstitusiyasının 127-ci maddəsinin VII hissəsinə uyğun olaraq
çəkişmə prinsipi əsasında
həyata keçirilir.
M a d d ə 1 4 . Məhkəmə icraatının aparıldığı dil Məhkəmə icraatının aparıldığı dil Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin X
hissəsində müəyyən edilir. Məhkəmə icraatının
aparıldığı dili bilməyən şəxslərin hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda hər
kəsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ təmin edilir.
M a d d ə 1 9 . Ədalət mühakiməsini həyata keçirən məhkəmələr Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil
olan aşağıdakı məhkəmələr həyata keçirirlər:
rayon (şəhər) məhkəmələri;
ağır cinayətlər məhkəmələri;
Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi;
hərbi məhkəmələr;
KOMMERSİYA MƏHKƏMƏLƏRİ
inzibati məhkəmələr
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
apellyasiya məhkəmələri
Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra — Ali Məhkəmə).
Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada