və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
VI. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına zidd olmamalıdır.
VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,
hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların
qüvvəsi geriyə şamil edilmir.
VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına
(ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə
məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə
müəyyən edilir.
M a d d ə 1 5 0 . Bələdiyyə aktları I.
Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının
Konstitusiyasına, qanunlarına , Azərbaycan
Respublikası Prezidentinin
fərmanlarına , Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına,
qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.
II.
Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. M a d d ə 1 5 1 . Beynəlxalq aktların hüquqi qüvvəsi Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə
(Azərbaycan