38
Esed_muellim_rustemli
051-395-94-95
Bu Konstitusiyanın
birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar
Azərbaycan
Respublikası
Konstitusiyasına əlavələr təklif edilə bilməz
.
KEÇİD MÜDDƏALARI
1. Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra
rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi
gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası
(Əsas Qanunu) qüvvədən düşür.
2. Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının
Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikasının
Prezidentinə aid edilmiş
səlahiyyətləri həyata keçirir.
3. Bu Konstitusiyanın 101-ci maddəsinin V hissəsi bu Konstitusiya qəbul edildikdən
sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir.
4. Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali
Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli
Məclisinin ilk iclas günü başa çatır. Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin
ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir
həftə sonra keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın
31-dək davam edir.
1995-ci il avqustun 15-də qəbul edilmiş “Azərbaycan Respublikasının
Milli Məclisinə
seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun əsasında
seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının səlahiyyətləri
bitənədək qüvvədədir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi
gündən bu Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir.
6. Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq
Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının
qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş
səlahiyyətləri yerli icra
hakimiyyəti orqanları həyata keçirir.
7. Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə
haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.
8. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində
qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu
Konstitusiyaya zidd olmayan
hissədə öz qüvvəsini saxlayır.
9. Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının
məhkəmələri ədalət mühakiməsini Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və
prinsiplərə uyğun həyata keçirir.
10. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin statusu,
məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu
Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası
məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir.
Həmin qanunvericilik qəbul
edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi bu Konstitusiya qüvvəyə
minənədək qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.
39
Esed_muellim_rustemli
051-395-94-95
11. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu
qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada
nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin səlahiyyətləri
həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 7-ci bəndində
nəzərdə tutulmuş məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsi həll edir.
12. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə
mindiyi gündən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır
və qüvvədə olan
qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.
Dostları ilə paylaş: