2 Esed muellim rustemli 051-395-94-95


M a d d ə 1 9 . Dövlət qulluqçusunun əsas hüquqları



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə91/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   87   88   89   90   91   92   93   94   ...   240
Əsəd-Rüstəmli 2021

M a d d ə
1 9 . Dövlət qulluqçusunun əsas hüquqları 
19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir: 
19.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və 
təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq; 
19.0.2. dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq 
vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;
19.0.3. dövlət məvacibi almaq;
19.0.4. əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək 
və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq;
19.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və 
başqa ödənişli fəaliyyətlə məşğul olmaq;
19.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək; 
19.0.7. ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, 
habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək; 
19.0.8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək;
19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək; 
19.0.10. həmkarlar ittifaqlarında birləşmək; 


49 
Esed_muellim_rustemli 
051-395-94-95 
19.0.11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya 
dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb 
etmək;
19.0.12. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya 
sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq
19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, 
habelə təhsil məqsədilə məzuniyyət almaq
19.0.14. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya 
ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə üzvlərinin əlilliyi, sağlamlıq 
imkanlarının məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq
M a d

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin