2. Fövqəladə hallarda əhalinin köçürülməsi


F.V də əhalinin mühafizə üsulları



Yüklə 48,71 Kb.
səhifə3/12
tarix25.06.2022
ölçüsü48,71 Kb.
#62282
1   2   3   4   5   6   7   8   9   ...   12
MM(1-15)

4.F.V də əhalinin mühafizə üsulları.

Əhalinin mühafizə prinsiplərinin həyata keçirilməsi qaydaları

Əhalinin mühafizəsinin əsas prinsipləri Azərbaycan Respublikası Prezidentinin, Milli məclisin və Nazirlər Kabinetinin verdiyi müvafiq qərarlarla, habelə mühafizə məsələləri üzrə normativ sənədlər sisteminə uyğun olaraq:


    • Xalq təsərrufatı planlarına mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə dair xüsusi bölmə daxil edilməsi;

    • Naxçıvan Muxtar Respublikasında, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizə vasitəsi ilə təminatına dair xüsusi proqramlar hazırlanması və yerinə yetirilməsi (mühafizə qurğuları fondunun yaradılması, fərdi mühafizə vasitələri ilə təchizat, xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi məsələlər üzrə əməli tədbirlərlə birlikdə);

    • Təhlükə potensiallı obyektlərdə çalışan işçilərin və belə obyektlərin yaxınlığında yaşayan əhalinin mühafizəsi üzrə birtipli planların işlənib hazırlanması;

    • İstehsalat-ərazi mülki müdafiə orqanlarının fəaliyyətə hazırlanması.

    • Habelə əhaliyə mühafizənin öyrədilməsi ilə həyata keçirilir.

Müharibə dövründə əhalinin mühafizəsinin əsasını mühafizə qurğuları fondu, fərdi mühafizə vasitələri, tibbi avadanlığı ehtiyatları yaradılması və onlardan istifadə olunması, təhlükəli rayonlardan və zonalardan əhalini köçürmək üzrə tədbirlərin əvvəlcədən hazırlanması və yerinə yetirilməsi təşkil edir.


Respublikanın iqtisadi imkanlarına müvafiq olaraq, ―məqsədyönlü və kifayətdir‖ prinsipi əsasında əhalinin mühafizəsi üzrə tədbirlərin bir qismi (xəbərdarlıq sisteminin, sığınacaqlar və daldalanacaqlar fondunun bir hissəsinin, fərdi mühafizə vasitələri ehtiyatının yaradılması) əvvəlcədən, hələ sülh dövründə həyata keçirilir, qalanı isə (kütləvi ssurətdə mühafizə vasitələrinin verilməsi) təhlükəli dövr yaranarkən və hərbi əməliyyatlar başlanarkən yerinə yetirilir.


Yüklə 48,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin