2. Fövqəladə hallarda əhalinin köçürülməsi


Fövqəladə hallar və onun təsnifatı



Yüklə 48,71 Kb.
səhifə7/12
tarix25.06.2022
ölçüsü48,71 Kb.
#62282
1   2   3   4   5   6   7   8   9   ...   12
MM(1-15)

13. Fövqəladə hallar və onun təsnifatı
FÖVQƏLADƏ HADİSƏLƏRİN TƏSNİFATI
Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hadisələr qiymətləndirilməsinə və onlara qarşı adekvat tədbirlər görmək üçün tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə, digər əlamətlərinə görə təsnif edilir.
Əgər, ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onda onları iki növə ayırmaq olar.


    • Münaqişəli;

    • Münaqişəsiz fövqəladə hadisələr.

Münaqişəli fövqəladə hadisələrə:


Münaqişəsiz fövqəladə hadisələr:

    • Təbii;

    • Ekoloji;

    • Texnogen xarakterli növləri nəzərə çarpır.

Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.

Respublikamızın ərazisində bütün bu növ fövqəladə hadisələrin baş vermə ehtimalı mövcuddur.


Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə, fövqəladə hadisələr:
Lokal (qismi) hadisələr – iş yerndən (iş sahəsindən), mənzildən kənara yayılmır. Zərərçəkənlərin sayı 10 nəfəri keçmir.
Obyekt miqyaslı hadisələr- sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır. Həlak olanların sayı 10 nəfərə qədər, zərər çəkən əhalinin sayı 100- dən 1000-ə qədərdir.
Yerli hadisələr- ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən 1000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 10.000-dən 125.000-ə qədərdir.
Regional fövqəladə hadisə - bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Həlak olanların sayı 1.000-dən
25.000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 125.000-dən 500.000-ə qədərdir.
Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. Həlak olanların sayı 25.000-dən 1.000.000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 500.000-dən 20.000.000-a qədərdir.
Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərin də ərazilərinə yayılır. Həlak olanların sayı 1.000.000-dan artıq,zərər çəkən əhalinin sayı 20.000.000-dan artıq.


Yüklə 48,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin