2 Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlılığının əsasları, mahiyyəti və onlara təsir edən amillər


Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlılığının əsasları, mahiyyəti və onlara təsir edən amillər



Yüklə 33,85 Kb.
səhifə2/4
tarix07.05.2023
ölçüsü33,85 Kb.
#108976
1   2   3   4
2 F vq lad v ziyy t raitind obyektl rin i dayan ql l n n

Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlılığının əsasları, mahiyyəti və onlara təsir edən amillər

İşin dayanıqlılığının yüksəldilməsi isə, obyektlərin məhz bu qabiliyyətinin və imkanlarının artırılıb müvafiq normativ sənədlərin tələbləri səviyyəsinə çatdırılmasından ibarətdir. İşin dayanıqlılığının artırılması üçün obyektlərdə hələ əvvəlcədən mühəndis-texniki, texnoloji və təşkilati tədbirlər kompleksi işlənib hazırlanır və vaxtında həyata keçirilir. Belə tədbirlərin görülməsində əsas konkret məqsədlər aşağıdakılardır:
- istehsalat qəzalarının qarşısını almaq;
- fövqəladə hadisələr zamanı baş verə biləcək itki və zərəri azaltmaq;
- fəlakətlərin, qəzaların, eləcə də düşmən hücumu nəticələrinin tez aradan qaldırılmasına şərait yaratmaq;
- pozulmuş istehsal prosesinin qısa müddətdə bərpa edilməsi imkanı əldə etmək;
- böhran şəraitində işçilərin, onların ailə üzvlərinin normal həyat şəraitini təmin etmək.
FH zamanı həm sülh vaxtı, həm də müharibə vaxtı iqtisadiyyat obyektlərinin dayanıqlı işinin təmini ölkə mülki müdafiəsi qarşısında qoyulan əsas və mürəkkəb məsələlərdən biridir. Bu məsələnin həlli üçün əvvəlcədən ölkə daxilində müxtəlif kompleks mühafizə tədbirlərinin hazırlanması, şəhər və yaşayış məntəqələrində, iqtisadiyyat obyektlərinin bütün sahələrində, o cümlədən quruculuq sənayesində FH zamanı onların dayanıqlı fəaliyyət göstərmələri istiqamətində məqsədyönlü işlər görülməlidir. Burada məqsəd sülh və müharibə vaxtı FH zamanı yarana biləcək nəticələri maksimum azaltmaqdan ibarətdir.
FH-lar zamanı iqtisadi obyektlərin dayanıqlı işinin təmin edilməsi üçün ölkənin mülki müdafiə xidmətləri aşağıdakı tədbirlərin görülməsinə xüsusi diqqət yetirməlidirlər:
- Obyektdə işin dayanıqlılığına
- Təsərrüfat sahələrinin işinin dayanıqlılığına
- Respublika təsərrüfatının fəaliyyətinin dayanıqlılığına
Obyektdə işin dayanıqlılığı – müəssisənin qəzalara, kortəbii hadisələrə və müasir silahların zədələyici təsirinə davam gətirməsi, bunların təsiri şəraitində belə, planda nəzərdə tutulmuş həcmdə məhsul buraxması, mühəndis-texniki avadanlığın zəif, yaxud orta dərəcədə zədələndikdə istehsalın mümkün qədər tez bərpa olunması qabiliyyətinə deyilir. Maddi nemətlər istehsal etməyən obyektlərin (nəqliyyat, rabitə, səhiyyə, tədris müəssisələri və b.) işinin dayanıqlılığı deyildikdə isə onların fövqəladə hallarda öz funksiyasını yerinə yetirməsi bacarığı nəzərdə tutulur.
Təsərrüfat sahələrinin işinin dayanıqlılığı – mümkün dağıntı şəraitində obyektlərin bəzi hissələrinin sıradan çıxması və bu zaman sənaye əlaqələrinin pozulması hallarında, ölkə əhəmiyyətli məhsulun istehsalını davam etdirmək və təmin etmək qabiliyyəti nəzərdə tutulur.
Respublika təsərrüfatının fəaliyyətinin dayanıqlılığı – dedikdə isə ümumiyyətlə onun müdafiə və təsərrüfat üçün tələb olunan səviyyəni saxlamaq qabiliyyəti nəzərdə tutulur. Təsərrüfat sahələrinin və obyektlərin dayanıqlılıq anlayışı birinci növbədə onların FH zamanı, planlaşdırılmış məhsuldarlığı saxlamaq qabiliyyətini təmin etməkdir. Lakin nəzərə almaq lazımdır ki, bu cür dayanıqlılığın əsas tərkib hissəsi, təbii fəlakət, sənaye qəzaları və müasir silahların zədələyici amillərin təsirinə qarşı hər bir obyekt və sənaye kompleksinin fiziki dayanıqlılığıdır.
Obyektlərin dayanıqlı işinin yüksəldilməsi əsasən aşağıdakı amillərlə səciyyəvidir:
- fəhlə və qulluqçuların mümkün zədələnmələrdən etibarlı mühafizəsi;
- sənaye kompleksinin dayanıqlılığı (binalar, avadanlıqlar, kommunikasiya xətləri və s.);
- obyektin planlaşdırılmış məhsul üzrə lazımi təchizatı (xammal, yanacaq komplektləşdirici hissələr, elektrik enejisi, su, qaz və s.) və başqa sənaye müəssisələri ilə əlaqəsinin davamlılığı;
- obyektin ikinci zədələnmə amillərindən (yanğından, su basmasından) mühafizəsi;
- obyektin zəif və orta dağıntı aldığı zamanı xilasetmə və digər təxirə salınmaz işlərin aparılmasına hazırlıq;
- obyektin vaxtında hərbi rejimə keçməsi.
Bundan başqa FH zamanı obyektin dayanıqlı işinə, onun yerləşdiyi rayon, obyektdaxili planı, obyekt ərazisində tikintilər və s. təsir edə bilər.
Obyektlərin və təsərrüfat sahələrinin dayanıqlılığının yüksəldilməsi məsələsini həll edərkən, uyğun normativ sənədlərlə təsdiq olunmuş və MM-nin tələbinə əsasən ciddi mühəndis-texniki hesabat aparılmalıdır.
Mühəndis-texniki tələbatın yerinə yetirilməsi - əhalinin mühafizəsi, iqtisadi dayanıqlılığın yüksəldilməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması istiqamətində bütün əsas məsələlərin həllini təmin edir.
Fövqəladə hallarda işin dayanıqlılığını yüksəldən konkret tədbirləri müəyyən etməkdən ötrü əvvəlcə obyektdə bu sahə üzrə araşdırmalar (tədqiqatlar) aparılır.
Araşdırma zamanı obyektin istehsal prosesində iştirak edən bütün əsas elementlərinin mövcud vəziyyəti müasir silahların bütün zədələyici amillərinə, ikinci amillərə, habelə ehtimal edilən kortəbii hadisələrin təsirinə davamlılıq baxımından qiymətləndirilib, təyin edilir. Bunda məqsəd – obyektin istehsal fəaliyyətində ən zəif sahələri aşkara çıxarmaq və onların etibarlığını, eləcə də bütünlüklə müəssisənin dayanıqlı işini təmin etmək üçün tələb olunan mühəndis-texniki, texnoloji və təşkilati tədbirləri müəyyənləşdirməkdir.
Mühəndis-texniki tədbirlər obyektdəki binaların, qurğuların, avadanlığın və kommunikasiyaların zədələyici təsirlərə fiziki davamlılığını artırmaq üçün görülən tədbirlərdir.
Texnoloji tədbirlər dedikdə ikinci zədələyici amillər yaranması ehtimalının qarşısını almaq məqsədilə obyektdə texnoloji rejimin dəyişdirilməsi nəzərdə tutulur.
Təşkilati tədbirlər isə, fövqəladə hallar yaranan şəraitdə obyektdə mülki müdafiə qərargahının, dəstələrinin, habelə fəhlə və qulluqçuların ən səmərəli fəaliyyət qaydalarını müəyyən etməkdən ibarətdir.
Tədbirlər iqtisadi cəhətdən o zaman əsaslandırılmış hesab edilir ki, onlar eyni zamanda əmin-amanlıq dövründə də obyektin qəzasız fəaliyyətinin təmin olunmasına, əmək şəraitinin yaxşılaşdırılmasına və istehsal prosesinin təkmilləşdirilməsinə xidmət edir.
Dayanıqlılığın qiymətləndirilməsi üzrə işləri yerinə yetirmək üçün obyektlərdə əsas mütəxəsislərdən ibarət aşağıdakı hesabat-tədqiqat qrupları yaradılır ki, bunlara:
- fəhlə və qulluqçuların müdafiəsinin tədqiqi;
- bina və qurğuların dayanıqlılığı;
- sənaye avadanlıqları;
- texnoloji proseslər; - elektrik, su, qaz və buxar təchizatı;
- maddi-texniki təchizatın tədqiqi;
- sənayenin dayanıqlı idarə olunmasının tədqiqi və həmçinin kompleks tədqiqat və ümumi işlərin nəticələrini yekunlaşdıran qrup daxildir.
Zərurilikdən asılı olaraq obyektin xüsusiyyətinə əsasən tədqiqat qrupları başqa vəzifələri də yerinə yetirə, onların sayı artırılıb, azaldıla bilər. Tədbirlərin həyata keçirilməsi prosesində ən məsuliyyətli hal obyektin ayrı-ayrı elementlərinin fiziki dayanıqlılığının qiymətləndirilməsidir. Bütün zədələyici amillərə qarşı fiziki dayanıqlılığın qiymətləndirilməsi metodikasının düzgün seçilməsi bütövlükdə obyektin dayanıqlılığının yüksəldilməsinə yönəldilir.
Belə araşdırmalar nəticəsində iki cür plan tərtib edilir: birincisi, sülh dövründə obyektdə işin dayanıqlılığının yüksəldilməsi üzrə tədbirlər planı və ikincisi, müharibə təhlükəsi yaranan dövrdə obyektdə işin dayanıqlılığını artırmaq üzrə tədbirlər planıdır. Obyektin rəhbəri tərəfindən təsdiq edilib yuxarı idarələr, nazirliklərlə razılaşdırılandan sonra birinci plandakı tədbirlər obyektin iqtisadi və sosial inkişafı üzrə perspektiv planlara, ikinci sənəddəki işlər isə müəssisənin müharibə və sülh dövrü üçün mülki müdafiə planına daxil edilir.
İqtisadiyyat obyektləri öz təyinatına və gücünə görə bir-birindən fərqlənir. Lakin onlarda ümumi cəhətlər də vardır. Belə ki, bütün obyektlərin profilindən asılı olmayaraq onlarda fəaliyyət göstərən tikinti təşkilatı eynidir, onların gördükləri işin dayanıqlılıq dərəcəsinin qiymətləndirilməsi metodikası birdir, obyektlərdə təyinatına görə fərqlənən müxtəlif elementlərin dayanıqlılıq dərəcəsi isə müxtəlif üsullarla hesabat yolu ilə müəyyənlədirilir. Obyektin dayanıqlı işinin qiymətləndirilməsinə aşağıdakılar aiddir:
1) Obyektin özünün bir mühəndis-texniki kompleks kimi dayanıqlılığının qiymətləndirilməsi – buraya binalar, qurğular, kommunal-enerji xətləri, texnoloji kommunikasiya və avadanlıqların nüvə partlayışının bütün zədələyici amillərinə, ikinci zərbə və mümkün təbii fəlakət amillərinə qarşı davamlılığı, yəni obyektin əsas elementlərinin fiziki dayanıqlılığı daxildir;
2) Obyektin sənaye fəaliyyətinin dayanıqlılığının qiymətləndirilməsi – bu qol geniş bir anlayış olub, FH zamanı obyektin işinin necə getməsi, onun fasiləsiz işini və nəzərdə tutulan məhsuldarlığı saxlamaq qabiliyyətini xarakterizə edir.
Obyektin dayanıqlı işinin qiymətləndirilməsi üçün ilk verilənlər aşağıdakılardan ibarətdir:

  • bina və qurğuların konstruktiv xüsusiyyətləri və tikililərin sıxlığının xarakteri;

  • texnoloji avadanlıqlar və texnoloji kommunikasiyaların xarakteristikası (qiymətli avadanlıq, dəzgah və zərif qurğular, cihazlar və sistemlər);

  • kommunal-enerji xətlərinin xarakteristikası;

  • sənayenin və texnoloji prosesin yanğın və partlayış xarakteristikası;

  • obyektdə ikinci zədələnmə amilinin olma mənbələri;

  • hərbi rejimə keçərkən sexlərin və sənayenin qəzasız tam dayandırılması;

  • fəhlə və qulluqçuların ümumi sayı, obyektin mühafizə qurğuları və fərdi mühafizə vasitələrilə təmin olunması;

  • obyekt yerləşən rayonun xarakter xüsusiyyəti (ərazi, partlayış təhlükəli anbarlar, yanğın təhlükəli və kimyəvi müəssisələr, ən çox ehtimal olunan təbii fəlakətlər).

Obyektin dayanıqlılığının qiymətləndirilməsi hər bir təsir edici parametr üçün FH (sülh və müharibə vaxtı) uyğun ardıcıl olaraq aparılır. Nüvə partlayışı üçün bu zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, yerin radioaktiv çirklənməsi, elektromaqnit impulsu, həmçinin ikinci zədələmə amilləridir. Bu zaman dayanıqlılıq kriteriyası kimi aşağıdakılar seçilə bilər:

  • obyektin dayanıqlı işini poza bilməyən nüvə partlayışı zədələyici amili kriteriyasının (Zkr) maksimal qiyməti;

  • verilmiş gücdə nüvə partlayışının epimərkəzinə qədər olan maksimal məsafə (Rkr) hansında ki, obyektin dayanıqlı işi pozulur.

Zədələnmə kriteriyası Zkr nüvə partlayışının hər hansı bir zədələnmə amilinə görə (başqa amillərin eyni zamanda təsiri nəzərə alınmadan), obyektin dayanıqlılığını qiymətləndirməyə imkan verir. Məsafə kriteriyası Rkr nüvə partlayışının zədələyici amillərinin eyni zamanda bir neçəsinin təsirinə görə dayanıqlılığın qiymətləndirilməsinə imkan verir və bu zaman təhlükəli halı seçmək mümkün olur.
Beləliklə, bütün verilənləri öyrəndikdən sonra FH şəraitində obyektin dayanıqlılığının qiymətləndirilməsi hər bir zədələyici amilə qarşı aşağıdakı ardıcıllıqla aparılır:
1) obyektdə yerləşən sexlərin, sahələrin və b. qurğuların sayı, həmçinin elementləri və onların mümkün zədələyici amillərə qarşı həssaslığı;
2) obyekt elementlərinin dayanıqlı işi pozulmayan hal üçün parametrlərin maksimal qiymətinin təyini;
3) obyektin dayanıqlı işinə təsir edə bilən ən zəif (zərif) elementinin təyini;
4) zəif elementin dayanıqlılığının artırılaraq, əsas elementlərin dayanıqlılıq həddinə çatması;
5) obyektin zəif elementinin dayanıqlılığını yüksəltmək üçün hesabat və tədbirlərin aparılması və işlənməsi.
Qeyd etmək lazımdır ki, burada daha incə məsələlərin həlli zamanı da (məsələn, ayrı-ayrı cihazların, aqreqatların, aparatların idarəetmə sistemlərinin və s. dayanıqlılığının qiymətləndirilməsində) işin ardıcıllığı dəyişmir. Bir çox hallarda ayrı-ayrı elementlərin dayanıqlılığını müəyyən edərək onun üçün ən təhlükəli zədələyici amili təyin etmək üçün bu elementə eyni zamanda təsir edən bir neçə zədələyici amilə görə dayanıqlılığı qiymətləndirilir.
Bu məqsəd üçün Rkr kriteriyasından istifadə etmək daha məqsədə uyğun hesab edilir. Bu zaman əgər Rkr–də obyekt elementlərinin çoxunu sıradan çıxara bilən zədələyici amilin apriorunu ayırmaq mümkün olarsa (məsələn, zərbə dalğasının), onda obyekt elementlərinin başqa zədələyici amillərə qarşı dayanıqlılığının qiymətləndirilməsində onları parametrlərinin Rkr məsafədə aparmaq olar. Dayanıqlılığın bu cür qiymətləndirilməsi üçün aşağıdakıları təklif etmək olar:
1) Cihazın (elementin) vəzifəsinə və təyinatına görə onun istifadə olunma şərtinin təyin olunması (açıq ərazi, sex, işçi bina, zirzəmi otaqları, mühafizə qurğuları);
2) Hər bir zədələyici amilin cihaza təsir edəcək parametrlərinin qiymətinə əsasən onun dayanıqlılığı haqqında ümumi nəticə çıxarmaq;
3) Cihazın hər bir zədələyici amilinə qarşı dayanıqlılığın artırılması üçün təkliflərin hazırlanması.
Xarakterinə görə belə tədbirlər qruplaşdırılır, bunlara bəzən, işin dayanıqlılığının yüksəldilməsi yolları və ya istiqamətləri də deyilir. Bunlar aşağıdakılardır:
a) fəhlə və qulluqçuların mühafizəsinin təmin edilməsi;
b) obyektin ən vacib elementlərinin, bina və qurğularının möhkəmliyinin artırılması;
c) maddi-texniki təchizatın dayanıqlılığının artırılması;
d) ekstremal şəraitdə obyektin idarəetmə sisteminin etibarlılığının yüksəldilməsi;
e) ikinci zədələyici amillər törəməsi ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlərin işlənib hazırlanması;
f) obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi.
Bu tədbirlər əsasən əvvəlcədən işlənib yerinə yetirilir. Bilavasitə FH yaranarkən görülməli olan əməliyyatlar isə qabaqcadan planlaşdırılır və onların dərhal icrası üçün hazırlıq görülür. Həmin tədbirlərin mahiyyətini qısaca nəzərdən keçirək:
a) fəhlə və qulluqçuların mühafizəsi - hər hansı bir obyektdə işin dayanıqlılığını yüksəltməyin ən vacib amilidir, çünki aydındır ki, işçi qüvvəsi olmadan heç bir istehsalat mümkün deyil. Bu məqsədlə görülən mühəndis-texniki tədbirlərin ən başlıcası bütün fəhlə və qulluqçuların mülki müdafiə mühafizə qurğuları ilə təmin edilməsidir;
b) obyektin ən vacib elementlərinin, bina və qurğularının möhkəmliyinin artırılması – buradakı avadanlığı, dəzgahları, texnoloji xətləri mühafizə üçün vacibdir. Məlum olduğu kimi tikilən sənaye binaları və qurğularının ümumi dayanıqlılığı hissələrin ağırlığına və külək nəticəsində yaranacaq əlavə yüklərə hesablanır.
Bu zaman tutaq ki, zərbə dalğasının, yaxud zəlzələnin törədə biləcəyi hər cür təsiri dəqiq nəzərə almaq heç də həmişə mümkün olmur. Bununla belə, sonradan konstruksiyalarda əsaslı dəyişiklik aparmaqla binaların möhkəmliyini artırmaq adətən lazımı nəticə vermir, həm də böyük xərclər tələb edir. Buna görə də bina və qurğuların dayanıqlılığını artıran əlavə tədbirlər yalnız elə hallarda məqsədəuyğun sayılır ki, onların bütün istehsal prosesini təmin edən ayrı-ayrı vacib elementləri digər elementlərə nisbətən az davamlıdır. Onda belə hissələrin, həmçinin əlahiddə fəaliyyət göstərməklə dərhal işlədilə bilən məhsul buraxmaq qabiliyyətinə malik sahələrin dayanıqlılığını artırmaq lazımdır.
c) maddi-texniki təchizatın dayanıqlılığının artırılması – obyektdə təchizatın sabitliyi xammal, material, avadanlıq və yanacaq ehtiyatları yaratmaqla artırılır.
d) ekstremal şəraitdə obyektin idarəetmə sisteminin etibarlılığının yüksəldilməsi – rəhbər heyətin fəaliyyətində əsas və ən məsuliyyətli işdir.
e) müəssisələrdə istehsalat qəzalarını və ikinci zədələyici amillər törəməsi ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlərin işlənib hazırlanması adətən birgə hazırlanır. Yanacaq, güclü təsirli kimyəvi maddələr istehsal edən və digər yüksək təhlükəli zavodlarda bu tədbirlər sülh dövrü üçün obyektin mülki müdafiə planında nəzərdə tutulur.
f) obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi – yuxarıda deyildiyi kimi, obyektin məhsul buraxmağa qısa müddətdə hazırlanması imkanı onun işinin dayanıqlılığının vacib göstəricisidir.
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə bu tədbirlərin və müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutula bilər:
– icra hakimiyyəti orqanlarının, eləcə də yerli özünüidarə orqanlarının səlahiyyətlərinin tam və ya qismən dayandırılması;
– vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi;
– ictimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;
– ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması;
– gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi;
– yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə qadağa və ya məhdudiyyət qoyulması;
– müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsi;
– nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanması;
– partlayıcı, radioaktiv, eləcə də təhlükəli kimyəvi və bioloji məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin tam və ya qismən dayandırılması;
– fövqəladə hallarla əlaqədar olaraq maddi və mədəni sərvətlərin məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında təhlükəsiz rayonlara köçürülməsi;
– komendant saatının tətbiqi, yəni vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlər və xüsusi icazə vərəqələri olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;
– şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə ilkin senzuranın tətbiqi vasitəsilə mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması, səsucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti götürülməsi, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının müəyyən edilməsi;
– fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;
– vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərin, onların şəxsi əşyalarının və mənzillərinin yoxlanması;
– silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatlarının, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların dövriyyəsi üzrə xüsusi rejimin yaradılması; müstəsna hallarda fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti götürülməsinə yol verilməsi;
– fövqəladə vəziyyət rejimini pozan və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin onların öz hesabına, maddi imkanları olmadıqda isə dövlət büdcəsinin vəsaiti hesabına (bu vəsaitin sonradan qaytarılması şərti ilə) həmin ərazinin hüdudlarından çıxarılması;
– stasionar və ya müvəqqəti yaşayış yerləri ilə mütləq şəkildə təmin olunması şərti ilə əhalinin yaşayış üçün təhlükəli olan rayonlardan müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi;
karantin tətbiq edilməsi, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin həyata keçirilməsi;
– dövlətin maddi ehtiyatlarının cəlb edilməsi, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin resurslarının səfərbər olunması, onların iş rejiminin dəyişdirilməsi, göstərilən təşkilatların istehsalının fövqəladə rejim şəraitinə uyğunlaşdırılması və fövqəladə rejim şəraitində istehsal-təsərrüfat fəaliyyətinin münasib surətdə dəyişdirilməsi;
– fövqəladə vəziyyətin qüvvədə olduğu dövr ərzində öz vəzifələrini layiqincə yerinə yetirməyən dövlət təsisatlarına rəhbərlik edən şəxslərin vəzifədən azad edilməsi və vəzifələrin müvəqqəti icrası üçün başqa şəxslərin təyin olunması;
– əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərti ilə qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müstəsna hallarda əmək qabiliyyətli əhalinin səfərbər olunması və vətəndaşların nəqliyyat vasitələrinin cəlb edilməsi;
– rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara riayət olunması;
– fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi.
Müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının aktları fövqəladə vəziyyətin tətbiq olunduğu ərazidə bu rejimin tətbiqi barədə normativ hüquqi akta zidd olarsa, onların qüvvəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dayandırıla bilər.
Fövqəladə vəziyyət rejimini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələrindən istifadə olunur.




  1. Yüklə 33,85 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin