NƏTİCƏ Kütləvi qırğın silahlarının törətdiyi zədələyici amillərdən, bakterial vasitələrdən, yanğın zonalarındakı yüksək temperatur və zərərli qazlardan, habelə adi silahların törətdiyi təhlükələrdən əhalinin mühafizəsi üçün xüsusi mühafizə qurğularından - sığınacaqlardan istifadə olunur. Adətən sığınacaqlar kimi binalara bitişik və ya müəyyən məsafədə olan xüsusi tikililər, yeraltı keçidlər, metro stansiyaları və ya şaxtalar, kənd yerlərində isə evlərin zirzəmiləri, yarğanlar, meşələr və s. hazırlanır.
Əhaliyə mühafizə qurğularına sığınma barədə ilk məlumatı müvafiq orqanlar verir və bu orqanların göstərişlərinə əsasən hərəkət edilməlidir. Mülki müdafiə orqanları fövqəladə vəziyyət barədə əhalini vaxtında xəbərdar etmək məqsədilə sirenalar, istehsalat fitləri və digər siqnallardan xəbərdaredici vasitə kimi istifadə edir ki, bu zaman siqnalı eşidən hər kəs radio və ya televizoru işə salmalı, verilən məlumatları dinləməlidir.
Bu siqnal ictimai yerlərdə (mağaza, teatr, restoran, xidmət obyekti və s.) eşidilərsə, təşkilatın rəhbərliyindən heç bir göstəriş olmadığı halda küçəyə çıxmaq, yaxınlıqdakı sığınacağın və ya təbii daldalanacağın yerini müəyyən etmək (xüsusi yolkənarı işarələr və ya yaxınlıqdakı polis məntəqəsinin köməyi ilə) və orada daldalanmaq lazımdır.
Yerləşdiyiniz məkanları (evlər, şəxsi obyektlər) tərk edərkən elektrik və qaz cihazlarını şəbəkədən ayırmağı və ev heyvanlarını daldalamağı unutmayın.
Daldalanma prosesi mütəşəkkil şəkildə və cəld həyata keçirilməlidir. Sığınacaqların yeri və giriş yolları xüsusi işarələrlə göstərilir. Hər bir sığınacağa əhali bu işdə məsul olan manqa komandirinin göstərişi üzrə yerləşdirilir.
Fövqəladə hallar və mülki müdafiə orqanlarının göstərişi olmadan sığınacaqlardan və daldanacaqlardan çıxmaq qəti qadağandır.
ƏDƏBİYYAT SİYAHISI Федеральный закон от 21 декабря 1994 г. N 68-ФЗ «О защите населения и территорий от чрезвычайных ситуаций природного и техногенного характера»
Гафнер В. В. Опасности социального характера и защита от них : учеб. пособие / В. В. Гафнер, С. В. Петров, Л. И. Забара. М. : Флинта : Наука, 2012. — 320 с.
Губанов В. М. Чрезвычайные ситуации социального характера и защита от них: / В. М. Губанов Л. А. Михайлов, В. П. Соломин. М.: Дрофа, 2007. 285, (3) с.-.