1.Hazırlıq – bu mərhələdə nəzərdə tutulmuş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait yaradılır.
2.Əsas - bu mərhələ qarşılıqlı əlaqəli,mühüm elementləri özündə birləşdirir.
3.Yekun – bu mərhələ alınan nəticələrin təhlili ilə başa çatır.
PEDAQOJİ DİAQNOSTİKA – Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyyət növüdür.Pedaqoji prosesin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq aydınlaşdırmaq istiqamətində aparılan tədqiqatdır.
PEDAQOJİ TEXNOLOGİYA – Qarşıya qoyulmuş məqsədə çatmaq üçün metodlar və vasitələr sistemidir.
PEDAQOJİ İNNOVASİYALAR -Innovasiya (ingiliscə “innovation” – yenilik deməkdir) Təlim,təhsil-tərbiyə prosesinin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən yenilik başa düşülür.