Sahdeniz 2.
2013 cu il dekabrin 17 de Bakida Sahdeniz-2 layihesi uzre yekun investisiya qerari qebul edildi ve muvafiq senedler imzalandi. Dovlet başcimiz cenab Ilham Eliyev bu hadiseni 1994cu il 20 sentyabr hadisesi ile muqayise ederek bildirmişdirki eyer 1994-cu ilde esrin muqavilesi imzalanmişdirsa biz bugun 21ci esrin muqavilesini imzalayiriq. bununla da Azerbaycan qazinin 2018 den Turkiyeye, 2019 dan Avropa bazarina catdirilacagi gozlenilir. layiheye gore 16 milyard kub metr qazin ixraci nezerde tutulur.
Tap layihesi.
Məlum olduğu kimi, “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını
Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (TransAdriatik Pipeline (TAP)) seçib. Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz
Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və
Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da
Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Məlumatlara görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin “Axpo” şirkəti irəli sürüb. Beləliklə, 10 il ərzində aparılan araşdırmalar və danışıqlar nəticəsində ideya reallığa çevrilmək üzrədir.
Layihe barede saziş 30 iyun 2013 cü ildə imzalanib. Trans- Adriatik Boru
Kəməri (TAP) Layihənin əsas texniki-iqtisadi göstəriciləri: Kəmərin uzunluğu: 878 km (Yunanıstan - 550 km; Albaniya - 215 km;
Adriatik dənizi-105 km; İtaliya - 8 km);
İstismara verilmə tarixi: 2020-ci il;
İlkin ötürmə gücü: illik 10 milyard m3 (illik 20 milyard m3-ə kimi artırıla bilər);
Səhmdarlar: BP (Böyük Britaniya) ,CQD (SGC); Snam (İtaliya); Fluxys (Belçika; Enagas (İspaniya) -; Axpo (İsveçrə) .Hazırda TAP üzrə görülən işlər başa çatıb. TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub. 2020-ci ilin sonunadək TAP boru kəmərinin qaz nəqlinə hazır vəziyyətə gətirilməsi gözlənilir
Dostları ilə paylaş: |