2. MÜASİr azərbaycan tariXİ metodika (kurikulum) Sİtuasiya və psixoloji suallar ümumi DÜnyagöRÜŞ


Multikulturalizmlə liberalizm arasındakı mövcud ən



Yüklə 377,59 Kb.
səhifə37/132
tarix12.05.2022
ölçüsü377,59 Kb.
#57623
1   ...   33   34   35   36   37   38   39   40   ...   132
Cəmilə müəllimə (1)

Multikulturalizmlə liberalizm arasındakı mövcud ən

mühüm fərq- Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin

deyil, qrupların hüquqlarını ön plana çəkir



İnvestisiya -Ölkə daxilində və xaricində iqtisadiyyat sahələrinə uzun müddətə qoyulan sərmayə (kapital) investisiya adlanır.

Lokaut (Lockout)-Sahibkarın qəsdən müəssisəni bağlayıb işçiləri kütləvi şəkildə işdən çıxarması. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən lokaut qadağandır.

Mutizm -(lat. mutus — lal, dinməz) — psixatriyada və nevrologiyada xəstənin suala cavab verməməsi, ünsiyyətsizlik kimi bir hal. Bir uşağın danışıq yaşı keçir və o, hələ də danışmırsa, bu hal uşağın ya nitq aparatında yaranan problemlərlə bağlıdır, ya da danışa bildiyi halda danışmağa istəksizdir.Bunlardan birincisi nevroloji və bioloji səbəbdən qaynaqlanır, ikincisi isə psixoloji səbəblərdən yaranan problemdir. Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problemdir və bu Mutizm adlanır. Səssiz, susqun mənasına gələn mutizm Latın dilində "mutus" ifadəsindən yaranıb

Mobbing - Sözün mənşəyi; təxmini olaraq zorbalıq münasibətləri deməkdir. Mobbing, xüsusilə möhkəm iş qruplarında, iyerarxiya olaraq gücü əlində tutan adamın, bu gücü itirməmək üçün, digər qrupa tətbiq etdiyi psixoloji şiddəttir. Bu elə bir emosional hücumdur ki, özünü ifadə etməkdə çətinlik çəkən bir işçi bu zaman özünə olan güvən və öz hörmətini itirə bilər.

PİSA - PISA (The Programme for International Student Assessment) –

Dünyanın müxtəlif ölkələrində oxuyan orta məktəb şagirdlərinin (15 yaşa kimi) bilik və bacarıq səviyyələrini ölçən ən nüfuzlü proqramlardan biri olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən layihədir. PISA ölkələr üzrə ümumi təhsilin keyfiyyətinin monitorinqini aparır. Bu proqram 2000-ci ildən etibarən 3 ildən bir keçirilir və proqrama qatılan ölkələrdən 100 minlərlə şagird cəlb olunur. Əsas məqsəd isə bir suala cavab tapmaqdır: 15 yaşındakı şagird müasir cəmiyyətdə tam fəaliyyət göstərməsi üçün zəruri olan təhsil, ümumi bilik və bacarıqlara malikdirmi?

Azərbaycan indiyə kimi bu proqramda 2 dəfə iştirak edib – 2006 və 2009-cu illərdə. 2006-cı ildə 64 ölkə arasında 54-cü, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yerə sahib olmuşuq.

TIMSS (Trends in Mathematics and Science Study)–riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün tətbiq olunan beynəlxalq qiymətləndirmə proqramıdır. 1995-ci ildən fəaliyyətə başlayan proqram dörd ildən bir IV və VIII sinif şagirdləri arasında aparılır. Azərbaycan 2010-cu ildə TIMSS-in IV siniflər üzrə sınaq tədqiqatında iştirak edib. 2011-ci ilin aprel-may aylarında tədqiqatın əsas mərhələsi keçiriləcəkdir.

PIRLS (Progress in International Reading Literacy Study)-oxunun və qavramanın keyfiyyətini tədqiq edən beynəlxalq qiymətləndirmə proqramıdır. Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə

Beynəlxalq Assosiasiya (İEA) tərəfindən həyata keçirilir. Azərbaycan 2010-cu ildə PIRLS-in IV siniflər üzrə sınaq tədqiqatında iştirak edib.



TIMSS və PIRLS proqramları həmçinin məktəb rəhbərləri, müəllimlər və şagirdlər arasında sorğuların keçirilməsini də nəzərdə tutur. Ölkənin reytinqi qiymətləndirilərkən bu sorğuların nəticələri də nəzərə alınır. Azərbaycanın qoşulduğu TIMS və PIRLS beynəlxalq qiymətləndirmə proqramı isə şagirdləri yaşına görə deyil, kurikuluma görə qiymətləndirir. Məqsədinə və formasına görə nisbətən milli qiymətləndirməyə yaxın olduğundan onların nəticələri gələcəkdə milli qiymətləndirmənin nəticələri ilə əlaqələndirilə bilər.


Yüklə 377,59 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin