İstanbul Sammiti– 1999-cu il noyabrın 18-19-da Türkiyənin
İstanbul şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təskilatının (ATƏT) zirvə görüşü keçirildi. Atətin Azərbaycanda və Ermənistanda ofisləri açılması barədə razılıq əldə edildi. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycan
Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında”
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Konstitusiya Aktı Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli iclasında qəbul edilmişdir. 32 maddədən ibarətdir.
Dostları ilə paylaş: |