SAMMİTLƏR
ATƏT-in Budapeşt sammiti (4-6 dekabr 1994-cü il) 1994-
cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) zirvə görüşü keçirilib. Bu, ATƏM yarandıqdan sonra dövlət rəhbərlərinin dördüncü görüşü idi. Bu görüş ATƏM-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü idi. Budapeşt Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək və ATƏMin Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Görüşdə münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində bir qərar qəbul olundu. 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş zirvə görüşündə Prezident Heydər Əliyevin səyi və təşəbbüsü ilə ATƏT-in Minsk konfransı həmsədrlərinin təsisatı yaradılmışdı ki, bu da vasitəçilərin fəaliyyətində əlaqəsizliyi, paralelliyi aradan qaldırmağa imkan vermiş və ATƏT üzvü olan dövlətlərin münaqişənin sülh yolu ilə həll edilməsinə yönəlmiş səylərinin əlaqələndirilməsi mexanizmini nizama salmışdır
Dostları ilə paylaş: |