Layihənin əsas texniki-iqtisadi göstəriciləri:
Mövcud CQBK boru kəmərinin uzunluğu: ümumilikdə 691 km olmaqla,
Azərbaycanda 443 km, Gürcüstanda isə 248 km;
Genişlənən CQBKG boru kəmərinin uzunluğu: Azərbaycan ərazisində - 424 km, Gür¬cüstan ərazisində - 63 km, TANAP arabağlantısında - 2 km;
İlkin ötürmə gücü: illik əlavə 7 mlrd. m3, cəmi illik 14,4 mlrd. m3 (23,4 mlrd. m3–a artırmaq imkanı ilə) təbii qaz;
2018-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. İlk qaz üzrə və ümumi inkişaf 100% təşkil edir.
“Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına 2018-ci il sentyabrın 20-də başlanması gözlənilir. 2018-ci ildə hasil ediləcək qazın həcmi o qədər də çox olmayacaq. Lakin artıq 2019-cu il üçün bu yataqdan əlavə 2 mlrd. kubmetr qaz çıxarılması nəzərdə
tutulub
“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi “Şahdəniz
Mərhələ 2” layihəsi “Şahdəniz Mərhələ 1” layihəsindən hasil olunan illik 10 mlrd. m3 qazdan əlavə 16 mlrd. m3 qaz hasil edəcək nəhəng bir layihədir. Şah Dəniz qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibində 800 metr dərinliyinə enərək 3500 km məsafə boyunca nəql ediləcək. Layihəyə aşağıdakı işlərin görülməsi daxildir:
Körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi;
2 Yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması; quyuları sahildəki terminal ilə birləşdirəcək 500km uzunluğunda sualtı
boru kəmərlərinin inşası;
Dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi;
Yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi. “Şahdəniz Mərhələ 2” layihəsi üzrə ilk qazın əldə olunması üçün işlər 100% tamamlanıb. Avadanlıqlar və qurğular üzrə inkişaf 2020-ci ilin iyun ayının sonuna 94.7% təşkil edib.
Dostları ilə paylaş: |