Şahdəniz yatağı
Təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün “Şahdəniz” yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılmışdır. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti “Şahdəniz” yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının “Britiş Petroleum” və Norveçin “Statoyl” şirkətləri ilə müqavilə imzalamışdır. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə “Britiş Petroleum” və “Statoyl” şirkətlərinə xüsusi səlahiyyətlər verilmişdir. Bu iki şirkət alyans yaradaraq işə başlamış, sonra həmin alyansa Türkiyənin “Türkiyə Petrolları Anonim Ortaqlığı” şirkəti də qoşulmuş, onlar bu işləri öz imkanları çərçivəsində aparmışlar.[2] Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilmişdir. Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50–500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılmışdır. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.
Saziş sahəsi təxminən 859,8 km²-dir. 2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılmış və həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilmişdir. Hazırda platformada 4 istismar quyusu qazılmış və onlardan biri fəaliyyət göstərir.
TASİS/Traseka.
Avropa birliyinin MDB olkelerinde iqtisadi islahatlarin suretlenmesine yardim meqsedile 1991ci ilde TASIS proqramini tertib edib. TASIS proqrami cercivesinde TRASEKA layihesi ise 1993cu ilin mayinda tertib olunmuşdur.layihə dovletler arasinda iqtisadi,ticaret elaqelerini genişlendirmeyi ve proqramin marşutunun Avropa-Qafqaz-Asiya istiqametinde birleşdirmeyi nezerde tutur.layihenin heyata kecirilmesi sahesinde 1996ci ilin mayinda Serexsde Iran ve Merkezi Asiyanin demiryolu magistrallarinin birleşdirilmesi muhum addim oldu.1998ci il sentyabrin 7-8de Bakida umumilli lider Heyder Eliyevin teşebbusu ile tarixi Boyuk Ipek yolunun berpasi uzre TRASEKA proqrami cercivesinde beynelxalq konfrans kecirilmişdir.Tarixi ipek yolunun berpasi uzre aparilan işler Azerbaycanin dunya olkeleri ile inteqrasiyasinin daha da guclenmesine xidmet edir. Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
TRASEKA üzv-dövlətləri arasında gələcək regional əməkdaşlığın dəstəklənməsi.
Beynəlxalq Maliyyə təşkilatları və özəl investorları cəlb etmək üçün
TRASEKA layihlərinin geniş istifadəsi.
Avropa-Qafqaz-Asiya “TRASEKA” Beynəlxalq Nəqliyyat Dəhlizinin TransAvropa Şəbəkələri ilə optimal inteqrasiyasının dəstəklənməsi.
Dostları ilə paylaş: |