Trans- Anadolu Boru Kəməri (TANAP) layihəsi. Layihənin əsas texniki-
iqtisadi göstəriciləri:
Kəmərin uzunluğu: 1850 km;
İstismara verilmə tarixi: boru kəmərinin Əskişəhirə qədər olan hissəsi 2018-ci ilin iyun ayında istismara verilib, Yunanıstan sərhədinə qədər
olan hissəsi isə 2019-cu ildə istismara veriləcəyi gözlənilir; İlkin ötürmə gücü: illik 16,2 mlrd. m3 (illik 30,7 mlrd. m3-ə kimi artırıla bilər);
TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə 30 iyun 2018-ci il tarixindən başlnılıb.
Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans -Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib. 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.
Dostları ilə paylaş: |