Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və
Gürcüstan ərazisi boyunca yeni parallel boru kəməri vasitəsi ilə genişləndiriləcək. Türkiyədə Şahdəniz qazı yeni Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə nəql olunacaq. Avropada qazı Yunanıstan və Albaniya ərazisindən İtaliyaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) tikiləcək.
2011 -ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan TransAnadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.
Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd.ABŞ dollardır. Cənubi Qafqaz Boru Kəmərinin genişlənməsi (SCPX)
Dostları ilə paylaş: |