FƏNN: HƏYAT BİLGİSİ
Mövzu : NƏZAKƏTLİ OLAQ
STANDART: 3.1.1 Ünsiyyət zamanı nəzakət qaydalarına
(müsahibinin sözünü sonadək dinləmək, sözü kəsməmək, müsahibinə təşəkkür etmək) əməl edir.
TƏLİM MƏQSƏDİ:
1.”Nəzakətli olmaq” ifadəsinin mənasını şərh edir.
2.Nəzakətli davranranışın əhəmiyyətini misallar əsasında izah edir.
İNTEQRASİYA:Az.d ;4.1.7. ; F.T ; 1.1.7
Təlim form
|
Təlim üs
|
Resurslar
|
Kollekrivlə iş
Kiçik qruplarla iş
|
Suallar
Müzakirə
Rollu oyun
|
Dərslik
İş vərəqələri
| DƏRSİN GEDİŞİ
MOTİVASİYA: Müəllim sinfə müraciət edir:
-Yoldaşınız sizə hər hansı işdə kömək etsə ona nə deyərdiniz?
Şagirdlərin cavabları dinlənilir. Fikirlər ümumiləşdirilir: kömək edən hər kəsə təşəkkür etmək lazımdır.
Müəllim yeni bir sual verir:
-Bəs təşəkkür etmyəndə nə baş verir?
Köməyə görə təşəkkür etməyən insana “ o, kobud insandır” deyirlər.
-Təşəkkür edən insan haqqında nə deyirlər?
Şagirdlərin cavabları” nəzakətli insan” anlayışının səslənməsi ilə yekunlaşır.
TƏDQİQAT SUALI:
Cəmiyyətdə nəzakətli davranışı nədən ibarətdir?
TƏDQİQATIN APARILMASI.Dərsliyin 20-21 ci səhvələrindəki mətn oxunur. Sinif şagirdləri 4 qrupa bölünür. Qruplara aşağıdakı məzmunda qrup tapşırıqları yazılmış iş vərəqləri paylanır. İş vərəqlərində belə suallar yazıla bilər:
1-ci qrup Nəzakətli insan özündən kiçiklərə necə rəftar edir?
2-ci qrup Nəzakətli insan özündən böyüklərə necə rəftar edir 3-cü qrup Nəzakətli insan öz həmsöhbətləri ilə necə rəftar edir
4-cü qrup Nəzakətli olmaqla biz nəyə nail ola bilərik?
İNFORMASİYA MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ:
Qrup nümayəndələri işləri təqdim edirlər. Şagirdlərin fəaliyyəti qiymətləndirilir. Müzakirə zamanı belə suallar verə bilər:
1.Davranış qaydalarına əməl etmək nə üçün vacibdir?
2.Başqalarına qarşı kobud rəftar edildiyini görəndə buna necə münasibət bildirirsiniz?
NƏTİCƏ VƏ ÜMUMİLƏŞDİRMƏ:
Şagirdlər nəticəyə gəlir ki,ünsiyyət zamanı çalışmaq lazımdır ki, etika qaydalarına əməl edək. Danışarkən müsahibimizin sözünü kəsməyək, köməyə görə təşəkkür edək, özümüzdən kiuçiklərə mehriban və qayğıkeş münasibət göstərək. Özümüzdən böyüklərə “ Sən” yox “Siz” deyə müraciət edək.
Əgər biz nəzakətli olsaq ,ətrafımizda olan insanların hörmətini qazanarıq.
TƏTBİQ ETMƏ:
Dərsliyin 21-ci səhvəsindəki suallar cavablandırılır, tapşırıq icra olunur və müəllim tərəfindən yoxlanılır. Şaxələndirmə üsulundan istifadə edərək nəzakətli insan anlayışının açıqlamasını yazırıq.Tətbiq etmə mərhələsində” rollu oyun” üsulundan da istifadə edə bilərik. Şagirdlər müxtəlif situasiyalarda nəzakət qaydalarına əməl etməni nümayiş edə bilər.
Dostları ilə paylaş: |