MƏNTİQ XƏTALARI:
1.Həddən artıq ümumiləşdirmə- 1-2 nümunəni bütün qrupa aid etmək.
2.Özünü bənzətmək- bir səyə hörmət edilən şəxs inanırsa, deməli bu, doğrudur düşüncəsi.
3.Cəmiyyət tərəfindən qəbul edilmək- bir şeyi çoxluq qəbul edirsə, deməli, o düzdür və ya bir şeyi çox insan xoşlayırsa, deməli, o, yaxşıdır düşüncəsi.
4.Şəxsi qərəzlilik- fikrə deyil,fikri səsləndirən şəxsə əsaslanıb mühakimə
yürütmək düşüncəsi. 2. TƏNQİDİ TƏFƏKKÜR:
İdeyalar, Fikirlər arasında məntiqi əlaqəni anlayır.
Arqumentləri müəyyənləşdirə,dəyərləndirə bilir.
Əsaslandırma zamanı uyğunsuzluqları və yanliş anlamaları aşkar edə
bilir. • Problemi sistemli şəkildə həll edə bilir • Vəziyyətlə bağlı uyğun və vacib ideya və fikirlərini müəyyənləşdirə bilir
Fikirlərini dəqiq və rabitəli şəkildə formalaşdırır və ifadə edir .
Məntiqi cəhətdən əsaslı və əsassız fikirləri bir-birindən ayıra bilir.
Kifayət qədər sübutu olmadıqda mühakiməsini kənara qoyur
Bir işi görməmişdən əvvəl onun mümkün nəticələrini görə bilir.
Müstəqil şəkildə öyrənə bilir • Digər insanların fikirlerinə diqqətlə qulaq asır.
Qazanmaqla haqlı olmaq arasındakı fərqi görə bilir.
Nəticə, ehtimal və fərziyyə arasındakı fərqi görə bilir.
Bu fikrin çoxları tərəfindən qəbul edilməsi ilə həmin fikrin etibarlı olub
olmaması arasındakı fərqi görə bilir.
Müxtəlif baxışları təhrif etmədən, süni şəkildə şişirtmədən və ya ələ
salmadan təqdim edə bilir.
Özünün fikirlərinin yalnış ola biləcəyi, fikirlərində qərəzliliyə yol verə biləcəyi, ola bilsin ki, şəxsi seçimlərinin dəlillərdən üstün tutduğunu qəbul edə bilir. Tənqidi təfəkkürlü insanlar:
Açıq fikirli olurlar
Dəlillərə əsaslanaraq öz mövqeyini formalaşdırır və ya dəyişdirirlər.
Bütünlükdə situasiyanı nəzərə ala bilirlər.
İnformasiya axtarışında olurlar.
İnformasiyada dəqiqliyə baxırlar
Mürəkkəb ram bir tapşırığın ayri-ayri hissələrini düzgün ardıcıl
qaydada işləyirlər
Müxtəlif variantlar üzərində işləyirlər
Səbəbllər axtarırlar
Etibarlı mənbələrdən istifadə edirlər
Başqalarının hisslərinə və Bilik səviyyələrinə hörmətlə yanaşırlar
Dostları ilə paylaş: |