Dil qaydaları
Dil qaydasına motivasiya xarakterli verilmiş 4-cü tapşırıq yerinə yetirildikdən sonra dərslikdəki qayda oxunur və mənimsədilir. Müəllim qaydanı şagirdlərin necə mənimsədiyini yoxlamaq məqsədilə elə cümlələr deməyi tapşırır ki, həmin cümlələrdə baş üzvlərdən yalnız xəbər işlənsin.
5-ci tapşırıq.
Buna görə də o, çiçək xəstəliyinin geniş yayıldığı yerlərdə müşahidələr
aparırdı.
6-cı tapşırıq.
O, həyətdən yığdığı gülləri güldana qoydu.
Biz kitabxanada kitabları rəfə yığdıq.
Sabahkı gəzinti haqqında onlar məlumat verdilər. 7-ci tapşırıq.
Hər gün məktəbə dostumla birgə gedirəm.
Dərslərini yaxşı oxumalısan.
Muzeyə ekskursiyaya getmək istəyirsinizmi?
İş dəftərinin 77-ci səhifəsindəki dil qaydaları üzrə tapşırıqlar da yerinə yetirilə bilər.
Qiymətləndirmə. Müşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dostları ilə paylaş: |