Qiymətləndirilməsi: Müxtəlif şəkildə aparıla bilər. Həm müəllim həmdə şagird tərəfindən (özünüqiymətləndirmə). Özünüqiymətləndirmədən istifadə edərkən şagird:
CÜTLƏRLƏ İŞ FORMASI- iki şagirdin birlikdə öyrənməsini,tapşırığı yerinə yetirmək üçün qarşılıqlı əlaqəsi,daha yaxından əməkdaşlığı nəzərdə tutulur.
Faydası: Şagirdlərin bir-biri ilə və bir-birindən öyrənmək imkanları olur. Şagirdlər qarşılıqlı fikir mübafiləsi apararaq fikirlərini bir-biri ilə bölüşüb,ortaq nəticəyə gələ,problemin həlli üçün birgə çalışa bilərlər. Bu iş forması həmçinin çətinlik çəkən şagirdlərin daha güclü şagirdlərdən öyrənməsinə şərait yaradır. Şagirdlərdə yardımlaşma hissinin də formalaşmasına səbəb olur.
Çatışmazlığı: Şagirdlərin bir- birinə mənfi münasibəti olarsa, o zaman bu faktor cütlər şəklində işləməyə mane olar. Şagirdlərin rəyvermə qabiliyyəti yüksək olmadığı halda bu iş forması uğursuz olar. Qiymətləndirilməsi: qarşılıqlı qiymətləndirmədən istifadə daha effektli olar. Bu zaman şagirdlərbir birlərinə konstruktiv rəy bildirməklə həm güclü həm də zəif tərəflərini üzə çıxarmiş olurlar, həm də irəliləyişlərini izləyə və daha yaxşı nəticəyə çata bilirlər.