Aşağı texnologiyalı dərs: Aşağıdakı formaları var
1.Kinestetik təlim- praktik məşğələyə əsaslanır . 2.Ekspedisiya- praktik təlim və tətbiqə əsaslanır. Şagirdlər sinifdə
öyrəndiklərini nəzəri bilikləri real həyatda tətbiq edirlər.
3.Birbaşa tədris-ənənəvi təlim strategiyasına əsaslanır. Fennîn əsas konsepsiyalarının, qanunlarının və prinsiplərinin strukturlaşdırılmış, ardıcıl və aydın şəkildə təqdim edilməsinə əsaslanır
TƏLİMİN FORMALARI.
Təlimin 4 forması var:
Fərdi • Cütlərlə
Qrupla
Kollektiv (bütün siniflə)
1.FƏRDİ İŞ FORMASI- şagirdlərin təkbaşına gördüyü iş nəzərdə tutulur.
Faydası: əsasən fərddaxili intelləktə məxsus şagirdlər üçün daha uğurlu iş formasıdır. Şagirdlər öz templəri ilə işləyirlər,nəyi bilibbilmədiklərinə daha da əmin olurlar.Öz öyrənmələri haqqında təsəvvürə malik olurlar və onlar üçün müsbət olan üsul və strategiyaları müəyyənləşdirə bilirlər. Çatışmazlığı: Sinifdə şagird sayı çox olanda fərdi iş formasını həyata keçirtmək problemliola bilər. Belə ki hər bir şagirdin ayrı ayrılıqda fəaliyyəti ilə maraqlanmaq,fərdi əks-əlaq qurmaq vaxt itkisinə səbəb ola bilər. Bundan başqa şagirdlərin əməkdaşlıq etmək, ünsiyyət qurmaq, problemi birlikdə həll etmək kimi bacarıqları kölgədə qalmış olar.
Dostları ilə paylaş: |