Tələbənin soyadı, adı, atasının adı


Təcrübi işin qiymətləndirmə kriteriləri



Yüklə 411,5 Kb.
səhifə10/66
tarix25.12.2016
ölçüsü411,5 Kb.
#2952
1   ...   6   7   8   9   10   11   12   13   ...   66
Təcrübi işin qiymətləndirmə kriteriləri:
Təcrübə bitdikdə tədris xəstəlik tarixinin müdafiəsi və praktik hazırlığın attestasiyası aparılır.

- nəzəri hazırlıq

- klinik, diaqnostik, differensial diaqnostik məsələləri, struktur-məntiqi situasiyaları həll etmək

- düzgün, dəqiq təyinat vermək

- fənlərarası və fəndaxili əlaqələrdən istifadə etməklə öz cavabını əsaslandırmaq

- dövlət təhsil standartları sisteminə (DTSS) və praktika proqramının tələblərinə uyğun təcrübi vərdiş

- yerinə yetirilən işə maraq və aktivlik

- etik tələblərə əməl etmək

- ünsiyyət bacarıqları

- xarici görünüş

- daxili qaydalar və iş qrafikinə əməl etmək

Praktikanın yekun qiyməti işə, gündəliyə, tədris xəstəlik tarixinin müdafiəsi ilə, təcrübi hazırlığın attestasiyasına verilən qiymətlərə görə təyin edilir və məqbul kitabçasına yazılır.



İzahli qeyd
Cərrahiyyədən istehsalat təcrübəsi tədris prosesinin əsas hissəsi olub, nəzəri biliklərin möhkəmlənməsi, dərinləşdirilməsi, sistemləşdirilməsi üçün, cərrahi xəstələrin diaqnostikasında təcrübi vərdişlərə yiyələnmək üçün, feldşer taktikasının və manipulyasiyon texnikanın öyrənilməsi üçün aparılır. Tədris prosesində tələbə sosial nəticələri, etik tələbləri nəzərə almaqla professional qərarlar qəbul etməli, təşəbbüs göstərməli, məsuliyyətli və humanist olmalıdır. Təcrübənin məzmununa kompleks yanaşma xüsusi təcrübi vərdişlərə yiyələnməyə kömək edir.

Cərrahiyyədən ixtisaslaşmış təcrübənin gedişində tələbələr cərrahi profilli xəstəyə tibb bacısının qulluğunu təşkil etməlidirlər. Davranışın etik normalarına diqqət yetirmək xüsusilə vacibdir.




Yüklə 411,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin