Filtrdə iş
Tələbə bilməlidir:
-uşaq poliklinikasının filtrinə tələbləri, sanitar-epidemioloji rejimi;
-filtrin sənədləşdirilməsini;
-uşaq yaşlarının xəstəliklərinin klinik əlamətlərini;
-uşaqlarda təxirəsalınmaz yardımın göstərilməsini;
-qızdırmalı uşaqlara yanaşmanın texnikasını;
Tələbə bacarmalıdır:
-tibbi sənədləşməni qeyd etməyi;
-termometriyanı aparmağı;
-əsnəkdən və burundan meninqokokk üçün yaxmanın götürülməsi;
-dizentrik qrip, qurd yumurtaları, bakterioloji müayinə üçün nəcisin yığılmasını, enterebioz üçün yuyunmanı həyata keçirmək;
Peyvənd otağında iş
Tələbə bilməlidir:
-peyvənd otağınının tələblərini, onun təşkilinı;
-peyvənd otağının san-epidemioloji rejimini;
-peyvəndlərin təqvimini, vaksinasiyanın vaxtlarını, profilaktik peyvəndlərə yanaşmanı, peyvəndlərdən tibbi yayınmaları, onların müddətini;
-vaksinlərin növlərini, onların xarakteristikasını, saxlanma şərtlərini, istifadə müddətini;
-vaksinasiyaya göstəriş və əks göstərişi;
-ümumi və yerli postvaksinal reaksiyaların klinik simptomlarını;
Tələbə bacarmalıdır:
-peyvəndlərin təqvimini tərtib etməyi;
-anafilaktik şok zamanı təxirəsalınmaz yardımın göstərilməsini;
-peyvənd olunmuş uşağa patronaj aparılmasını;
-profilaktik peyvəndlərin qeydiyyatını sənədləşdirməyi;
Sağlam uşaq otağı
Tələbə bilməlidir:
- sağlam uşaq otağına olan tələbləri, onun təşkilini, sanitar-epidemioloji rejimi;
-uşaq yaşlarının anatomik– fizioloji xüsusiyyətlərini;
-südəmər uşaqların yedizdirilməsini və onlara qulluq qaydalarını;
-müxtəlif yaşlı uşaqlara gimnastika və massajın aparılma texnikasını;
-doğuşönü və doğuşdan sonrakı patronajın məzmununu;
Tələbə bacarmalıdır:
-göbək yarasının işlənməsini;
-südəmər uşağın menyusunu tərtib etməyi;
-şirə, meyvə və tərəvəz püresinin, sıyıqların, ət bulyonunun və ət püresinin hazırlanmasına göstərişlər verməyi;
-kontrol yedizdirməni;
-uşağı bələməyi nümayiş etdirməyi;
-gigiyenik tədbirlərin aparılmasına göstərişlər verməyi;
Təcrübənin sonunda tədris xəstəlik tarixinin müdafiəsi və təcrübi hazırlığın attestasiyası aparılır.
Təcrübə zamanı işin qiymətləndirilməsinin
kriteriyaları:
1. Nəzəri hazırlıq (mənimsəmənin 3-cü səviyyəsindən aşağı olmayaraq)
-klinik, diaqnostik, differensial-diaqnostik, struktur-məntiqi məsələləri və situasiyaları həll etmək;
-düzgün açıqlama və dəqiq təyinat vermək;
-fənnarası və fənndaxili əlaqələrdən istifadə etməklə öz cavabını əsaslandırmaq;
2. Təcrübənin proqramına və tələblərinə uyğun olaraq təcrübi bacarığa malik olmaq.
3. Yerinə yetirilmiş işə maraq və aktivlik (və ya əksinə);
4. Etik tələblərə riayət etmək;
5. Kommunikativ bacarıqları yerinə yetirmək;
6. Xarici görkəminə fikir vermək;
7. İş qrafikinə və daxili qaydalara riayət etmək;
Təcrübələrin yekun qiyməti işə görə qiymətdən çıxarılır, gündəliyə görə və tədris xəstəlik tarixinin müdafiəsi ilə birlikdə attestasiyanın qiyməti isə qiymət kitabçasına yazılır.
Dostları ilə paylaş: |