Tələbələrin işinə nəzarət və hesabat
Metodik rəhbərin, tibb məktəbinin və təcrübə rəhbərlərinin, MPM-nın işcilərinin üzərinə tələbələrin iş qrafiki və peşakar təcrübə proqramının yerinə yetirilməsi üzərində nəzarət vəzifəsi düşür.
Təcrübənin keçirilməsi dövründə tələbələr MPM-nin daxili qaydalarına əməl etməli və təhlükəsizlik texnikasına, sanitar epidemik rejimə ciddi riayət etməlidirlər.
Şöbələrdə iş zamanı tələbələr normativ sənədləşdirmə aparmalıdırlar:
-təcrübə üzrə gündəlik
- tədris xəstəlik tarixi
Sənədləşdirmənin gedişinə nəzarəti təcrübə rəhbərləri aparır.
Tələbələrin işi gündəlik olaraq qiymətləndirilir və nəticələr ”5”-ballıq sistem üzrə təcrübə gündəliyinə qeyd olunur. Bu peşəkar fəaliyyətə yiyələnmək bacarığının idarə olunmasını və nəzarətin aparılmasını təmin edir.
Hər tsiklin sonunda təcrübə rəhbəri MPM-nin verilmiş şöbəsində tələbələrin işini əks etdirən xasiyyətnamə tərtib edir.
Bu xasiyyətnamə təcrübi hazırlığın attestasiyası zamanı nəzərə alınır. Attestasiya komissiyasına metodik rəhbər, təcrübə rəhbəri, istehsalat-təcrübə işləri üzrə direktor müavini daxildir. Attestasiyada iştirak etmək üçün tələbələr komissiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:
-təcrübənin gündəliyi
-tədris xəstəlik tarixi
-umumi xasiyyətnamə
-təcrübənin keçirilməsi haqda qiymətli məqbul
Dostları ilə paylaş: |