Təcrübə müddətində tələbələrin bacarmalı olduqları
təcrübi vərdişlərin siyahısı:
1. Palatalarda sanitar rejimə əməl etmək
2. Reanimasiya şöbəsində müalicəvi-qoruyucu rejimin tələblərini yerinə yetirmək
3. Əməliyyat olunmuş xəstələr üçün yataq ağlarını və dəyişəkləri hazırlamaq
4. Sistem altında olan və drenaj borular qoyulmuş xəstələri köçürmək və yerləşdirmək
5. Əməliyyata hazırlıqda iştirak etmək:
Gigiyenik vannaları yerinə yetirmək
Əməliyyat sahəsini tüklərdən təmizləmək
Mədə-bağırsaq yollarını təmizləmək
Premedikasiya etmək
6. Nəmləşdirilmiş oksigen vermək
7. Qusma zamanı yardım etmək
8. Ağciyər ödemlərində yardım etmək
9. Drenajlı xəstələrə qulluq, nəzarət və xaric olan möhtəviyyatı qiymətləndirmək
10. Dərman, hipertonik məhlulla, sifonlu və təmizləyici imalələri qoymaq
11. Qazçıxarıcı boru qoymaq
12. Mədə zondunu yeritmək
13. Hava borusunu qoymaq
14. Traxea-bronx şaxəsini sanasiya etmək
15. Ağır xəstələri qidalandırmaq
16. Yataq yaralarının profilaktikası və işlənməsini yerinə yetirmək
17. Qulluq etmək:
Traxeostomiyaya
Körpücükaltı kateterə
Peridural kateterə
Sidik kateterinə
İntubasiya borusuna
Pediatriya üzrə peşakar təcrübə təhsil prosesinin tərkib hissəsi, tələbələrin təcrubi hazırlığında əsas mərhələdir. Təcrübə çoxsahəli müalicə-profilaktika müəssisələrində, nəzəri və təcrubi məşğələlər dövründən sonra keçirilir. Təcrübə peşakar tibb bacılarına həvalə olunur. Təcrübə proqramının məzmunu nəzəri biliklərin və təcrübi bacarıqların komplekt şəkildə istifadə olunmasına əsaslanır. Təcrübəyə kompleks yanaşmaq ümumi və xususi təcrübi bacarıqların işlənməsini təmin edir. Bu bacarıqlar “pediatriya” fənni üzrə baza biliklərinə əsaslanaraq aşağıdakı fənlərlə sıx inteqrasiya edir:
- tibb bacısınım işinin əsasları
- latın dili və tibbi terminalogiyanın əsasları
- anatomiya, fiziologya, patologiya, farmakologiya
- ekologiya və ümumi gigiyena
- mikrobiologiyanın əsasları
- cərrahiyyə
- terapiya
- psixologiya, etika
Pediatriyadan peşakar təcrübənin gedişatında tələbələr xəstə uşaqlara kuratorluq etməlidir, xəstəliyin diaqnostikasını aparmalı, müalicə təyin etməlidir, tibb bacısının qulluq prosesini təşkil etməli, valideyinlərlə iş aparmalıdır. Hazırkı proqram özündə aşağıdakıları cəmləşdirir:
- təcrübənin məqsədi və vəzifəsi
- vaxt bölgüsünün qrafiki
- müalicə-profilaktika müəssisəsinin konkret hissəsinə lazım olan mütləq bilik və bacrıqların siyahısı
- verilmiş proqramın məzmunu
Bu proqram tibb mətəbinin və ya kollecinin müəllimləri tərəfindən hazırlanmış rəhbər sənəd olub, təcrübənin təşkili, idarə olunması və təcrübəyə nəzarət üçün nəzərdə tutulur, tələbələr tərəfindən təcrübə fəaliyətinin hazırlanması, keçirilməsi və attestasiyası üçün istifadə oluna bilər.
Dostları ilə paylaş: |