Atuş və Kağılık bölgələrində cənazə ağıçıların söylədiyi ağılarla yola salınır. Haza koşakları bəzi bölgələrdə ölümün birinci günündən qırxıncı gününə kimi davam etdirilir. Seldə boğulan bir qız üçün bu ağı söylənib:
Aminemu Aminem Aminem, Aminem
Seldə akkan Aminem. Selde akan Aminem.
Muradiqa yetelmey Murazını almadan
Layqa patkan Aminem. Palçığa batan Aminem.
Bəzi koşaklar Çin zülmünü dilə gətirir. Hoten bölgəsində Seliməm adlı qızın üzləşdiyi ədalətsizcəsinə ölüm və ona söylənən ağı bu zülmü dilə gətirir.
Kara kigiz cinaza Qara örtük cinaza
Özi igiz cinaza Özü ulu cinaza
Körüvalay kizimni Qoyun görüm qızımı
Toxtap turqin bir haza Durun, gözləyin biraz.
Uzun-uzun kara çaç Uzun-uzun qara saç
Canqa patsa meylimu Torpaq olsa olarmı?
İsit kizim Selimem Eşit qızım Seliməm
Gordi yatsa meylimu? Gorda yatsa olarmı?
Tenşelmigen bu zaman Ədalətsiz bu zaman
Çörülmidi kep kaldi Dəyişmədi o qaldı
Ah hesrita, vah hesret Ax həsrət, vah həsrət
Başka çüşti min kismet. Başa gəldi min qismət (Öger, 2013:111-112).
Uyğur Türkləri cüməaxşamı günləri qəndillərdə və bayramlarda ölənlərin ruhunu şad etmək üçün atəşə yağ atırlar ki, onun iyi yayılsın ocağın ulu yiyələrinin ruhunun xoşuna gəlsin. Onlar buna yağ purtiş, hud seliş deyir.
Türk dastanları Bozqır Mədəniyyətini yaradan ulu babalarımızın həyat mübarizələri ilə doludur. Uyğur ədəbiyyatında qurddan törəmə, göydən enmə, işıqdan yaranma motivləri çox sıx gözə dəyir. Tarixin müəyyən bir çağında yaranmış “Qutlu Dağ” əfsanəsində bir qayanın çinlilərə verilməsi nəticəsində qıtlıq olub və bu səbəblə onlar yurdlarını buraxıb köçüblər. Bununla da onlar Köç dastanını yaradıblar. Miflәr, xalqlarımızın minilliklərin arxasındakı dünya görüşünü öyrənmək baxımından olduqca dəyərli mәlumatları qoruyub saxlaya bilmişdir. Dini-mifoloj sistemin, inamların, qәdim dövrә aid dünyagörüşlərinin bu günә gəlib çatmasında dastanların, əfsanələrin, nağılların və xalq şeirinin xüsusi yeri var. Uyğurların toplayıb çap etdirdiyi miflərin əsksəriyyəti başqa Türk xalqlarından toplanmış miflərin oxşarı və ya variantlarıdır.
Uyğurlar Türk xalqları arasında ilk oturaq həyata keçənlərdən sayılır. Türk soyunun ən qədim abidələri hesab edilən “Törəyiş” və “Köç” dastanları uyğurların qədim inamlarını və təsəvvürlərini, bu etnosun yaranma tarixini poetik dillə ifadə edən mifik dastanlar sayılır. “Köç” dastanı, “Törəyiş”dәn sonrakı hadisələri özündə əks etdirir.
İşğalçılara qarşı müqavimət yalnız dastanların deyil, əfsanə, rəvayət və xalq mahnılarının da yaranmasına səbəb olub. Bu dastanlar arasında “Nazuqum Dastanı” daha geniş yayılıb və dillər əzbəri olub. Dastanda Kaşqar xalqının 1826-ci ildə Çin zülmünə qarşı başlatdığı milli azadlıq hərəkatı və bu üsyanın zor gücünə yatırılmasından sonra baş verən hadisələr təsvir edilmişdir. Beləliklə, Nazuqum uyğurların milli azadlıq mübarizəsinin və müstəqillik uğrunda yeritdiyi savaşın simvoluna çevrilib (İnayet, 2013:13). Onun söylədiyi mahnı xalqın dilinin əzbəri olub.
Təvələr aqzi qalmaqta Dəvələrin ağzı dəvətikanında
Bir akam bar Qalmaqta Bir qardaşım var Kalmakda
Bu kafir Qalmaqnin kesdi Bu kafir Kalmakın qəsdi
Men Nozukni almaqta. Men Naziqi almaqda.
Teveler cayi taq başi Dəvələrin yeri dağ başı
Bulcarimiz yar başi Tapışacağımız yer yar başı
Şul bulcarqa yetkende Tapışacağımız yerə çatdıqda
Toktimaydur köz yaşi. Dayanmayacaq gözyaşı.
Taqdin tüşken törd atliq Dağdan enən dörd atlı
Törtlisi de boz atliq Dördü dә boz atlı
Törtilennin içide O dördünün içində
Menin dadam sumbatliq Benim atam heybətli (İnayet, 2013:17-18.
Nazuqum dastanı 1882-ci ilin may ayının ikinci günü Molla Bilal bin Molla Yusif Nazim adlı şəxs tərəfindən qeydə alınmışdır. Molla Yusif Nazim yaşlı şəxsləri evinə dəvət edərək onların söylədiklərini dinləyib və söyləndiyi şəkildə də dastanı qeydə almışdır. Bu dastan 1956-cı ildə Qazaxıstanda çap olunan “Uyğur ədəbiyyatı Oxuma Kitabı”nda yer tutmuşdur (İnayet, 2013:13).
1864-1871-ci illərdə Mançu istilasına və onun bölgələrdəki əlaltılarına qarşı bir neçə dəfə üsyan olub. Bu üsyanlarda qəhrəmanlıq göstərən qadınlardan biri də Mayimxandır. Mançu hakimiyyətinə qarşı üsyanda göstərdiyi igidliyə görə xalqın sevimlisinə çevrilən Mayimxanı həbs edərək darağacından asıblar. Ona həsr edilәn xalq mahnılarının birində deyilir:
Zindan tami igiz tam Zindan damı yüksək dam,
Unin içi gorıstan Onun içi gorustan (qəbristan).
Erkinlikke bel bağlap Azadlığa bel bağlayıb,
Şehit ölgen Mayimxan Şəhid olan Mayimxan (İnayet-Öger, 2009:1194).
Dostları ilə paylaş: |