Bakı Sağlamlıq Mərkəzi
istifadəyə verilmişdir
Prezident İlham Əliyev
açılışda iştirak etmişdir
•
Ə
ziz dostlar, “Təbib” qəzetinin
hörmətli oxucuları, qədəm qoy-
duğunuz bu yeni il sizə ailə səadəti,
könül xoşluğu gətirsin. Üzünüzdən
təbəssüm,
süfrənizdən
bərəkət
əksilməsin. 2014-cü il xalqımız,
ölkəmiz üçün sülh, əmin-amanlıq, bol-
luq ili olsun... Düşmən işğalında olan
torpaqlarımızın azad edilməsi sədası
ilə sevinək-gülək, bayram şadyanalıq-
ları eləyək.
Çox güman ki, bu il inkişaf etməkdə,
çiçəklənməkdə olan Azərbaycanımızın iq-
tisadi, mədəni, sosial həyatında çox böyük
irəliləyiş olacaq.
Artıq yeni il tarixin səhifələrinə çe viril mək də-
dir. Saatlar, günlər bir-birini əvəz eləyə- eləyə
irəliləyir. At ili kimi qəbul etdiyimiz yeni ildən
15 gün keçir. At muraddır demişlər. İnşallah hər
birinizin arzu və istəyi, muradı bu il hasil
olacaq...
“Təbib”
qəzetinin redak-
siyası bu yeni ildə sizin
mənəvi həyatınıza
yeni sürprizlər
hazırlamış-
dır. Möhtərəm
oxucularla biz ayda
iki
dəfə
görüşməklə
qəzetimizi 8 səhifə buraxa-
cağıq. Bu tədris ilindən etibarən
“Təbib” həm də rəngli çap olunmağa
başlayıb. Əvvəllər biz oxucularla istədiyimiz
kimi təmas qura bilmir, onların arzu və
istəklərini normal ödəyə bilmirdik.
“Təbib”
öz ənənəvi mövzularına sadiq qa-
laraq yenə də Universitet həyatını geniş işıq-
landıracaq. Universitetdə baş verən yenilikləri,
tədrisin və təhsilin inkişafındakı nailiyyətləri,
xarici universitetlərlə qurulan əlaqəni, Tələbə
Elmi Cəmiyyətinin müsabiqəsini, tələbə-
gənclərin həyatı ilə bağlı yazılara geniş yer ayı-
racaq, tikinti-abadlıq işlərini diqqət mərkəzində
saxlayacaqdır.
Yeni formatda, yeni üslubda çıxan
“Təbib”
in
səhifələrində həkim məsləhətinə, xalq
təbabətinə, müsahibələrə, istedadlı tələbə-
gənclərin yaradıcılığına geniş yer veriləcəkdir.
Dünya tibb elmində baş verən yeniliklər və
mahaqlı hadisələr ətraflı işıqlandırılacaq.
Əziz dost,
yəqin ki, sən qəzetimizin daha
oxunaqlı, daha məzmunlu olmasını istəyirsən.
O zaman sən
“Təbib”
in fəaliyyətindən kənarda
qalmamalısan. Qəzetin işıq üzü görməsində
redaksiya əməkdaşlarına yaxından yardımçı
olmalısan. Bacarıq və qabiliyyəti, istedad və
səriştəsi olan, qəzetimizin fəaliyyəti ilə maraq-
lanan hər bir oxucuya redaksiyanın qapıları
açıqdır. Buyurun, əlaqə saxlayın...
Dostları ilə paylaş: |