b. Məcburi və ya icbari əməyin qadağan edilməsi
Müharibə şəraiti və ya hər hansı hökumət orqanının nəzarəti altında məhkəmə qərarının icra
olunması halları istisna olmaqla məcburi və ya icbari əmək, qanunla qadağan edilir. Əmək
miqrantları tikinti sənayesində məcburi əməyə məruz qalmışlar. Uşaqların dilənçiliyə məcbur
edilməsi problem olmuşdur və filippinli insan alveri qurbanlarının ev şəraitində köləliyi yeni
yaranmaqda olan bir problem olmuşdur. Ölkə daxilində kişilər və oğlanlar məcburi əmək
şəraitinə məruz qalmışlar. Müəyyən irəliləyişlərin olduğu deyilsə də, yerli QHT-lər ümumilikdə
hökumətin qanunun tələblərini effektiv şəkildə yerinə yetirmədiyini hesab etmişlər. İl ərzində
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən tikinti sahələrində və
kənd təsərrüfatı sektorunda yoxlamalar həyata keçirilmiş, lakin əmək alverinin hər hansı qurbanı
müəyyən edilməmişdir. Bununla belə, əmək alveri ilə məşğul olan bir nəfər ilk dəfə olaraq fevral
ayında məhkəmə tərəfindən səkkiz il yarım müddətə azadlıqdan məhrum edilmişdir.
Eyni zamanda bax: Dövlət Departamentinin
www.state.gov/j/tip/
internet səhifəsində
yerləşdirilmiş İnsan Alveri Haqqında Hesabatı.
c. Uşaq əməyinin qadağan edilməsi və minimum məşğulluq yaş həddi
Minimum məşğulluq yaş həddi işin növündən asılı olmuşdur. Bir çox hallarda qanun uşaqların
15 yaşdan sonra işləməsinə icazə verir, 14 yaşında olan uşaqlar ailə bizneslərində və ya
valideynlərinin razılığı ilə gündüz saatlarında, məktəbdən sonra, onların sağlamlığına təhlükə
törətməyən işlərdə çalışa bilərlər. 16 yaşına çatmamış uşaqlar həftədə 24 saatdan çox çalışa
bilməzlər, 16 və 17 yaş arasında olan uşaqlar isə həftədə 36 saatdan çox işləyə bilməzlər. 18
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
39
yaşına çatmamış uşaqların çətin və təhlükəli iş şəraitində çalışması qanunla qadağan edilir və
uşaqların çalışmasının qadağan edildiyi xüsusi işlər və sahələr qanunla müəyyənləşdirilir, bura
daxildir zəhərli maddələrlə və yer altında olan işlər, gecə saatlarında, mədənlərdə, gecə
klublarında, barlarda, kazinolarda və ya spirtli içkilərin verildiyi digər müəssisələrdə olan işlər.
Uşaq əməyini müəyyən edən qanunların tələblərinin icrasına nəzarət Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik tərəfindən il ərzində yoxlamalar həyata
keçirilsə də, yerli QHT, monitorinq fəaliyyətinin gücləndirilməsinə ehtiyac olduğunu
bildirmişdir.
İl ərzində uşaq əməyinə dair qanunların tələblərinin pozulması ilə bağlı bir neçə şikayət halları
olmuşdur, bununla belə təsadüfi hallarda kənd təsərrüfatında və küçə işində uşaq əməyindən
istifadə olunması ilə bağlı məlumatlar verilmişdir.
d. Məqbul iş şəraiti
Minimum aylıq əmək haqqı 105 manat (131 ABŞ dolları) olmuşdur. İl ərzində orta aylıq
yoxsulluq həddi 116 manat (145 ABŞ dolları) olmuşdur, bu hədd əmək qabiliyyətli insanlar üçün
125 manat (156 ABŞ dolları), təqaüdçülər üçün 94 manat (118 ABŞ dolları) və uşaqlar üçün 93
manat (116 ABŞ dolları) həddində müəyyən edilmişdir. Cinsindən, yaşından və ya digər
təsnifatdan asılı olmayaraq bərabər işə görə bərabər ödəniş qanunla tələb olunur.
Qanunla 40 saatlıq iş həftəsi nəzərdə tutulur, maksimum gündəlik iş növbəsi 12 saatdır.
Təhlükəli işlərdə çalışan işçilər həftədə 36 saatdan çox işləyə bilməzlər. Nahar və istirahət
müddətləri qanunla tələb edilir ki, bunlar da əmək müqavilələri və kollektiv əmək sazişləri
əsasında müəyyən olunur. Yerli şirkətlərin qanunla tələb olunan artıq iş saatına görə ödəniş edib-
etməməsi məlum olmasa da, ümumilikdə beynəlxalq şirkətlər bu tələbə əməl etmişlər. İş
saatlarından artıq davam edən məcburi işə qadağa qoyulmamışdır. Əksər şəxslər hökumətin
əmək müqavilələri və ya əmək qanunvericiliyinin tələblərini yerinə yetirmədiyi qeyri-rəsmi
iqtisadiyyatda yarım-ştat vəzifələrdə çalışmışlar.
Qanunla xarici və yerli işçilərə bərabər hüquqlar nəzərdə tutulur. İnsan haqlarının müdafiəsi üzrə
yerli qruplar, o cümlədən neft sektorunda çalışanların hüquqlarının müdafiəsi üzrə fəaliyyət
göstərən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı adlanan QHT bildirmişdir ki, xüsusilə
xarici neft şirkətləri olan işəgötürənlər hər zaman xarici və yerli işçilərə bərabər münasibət
göstərməmişlər. Xarici neft şirkətlərinin yerli işçiləri çox vaxt daha aşağı əmək haqqı almış və
əmək müqaviləsi və ya tibbi xidmət olmadan işləmişlər.
Sağlamlıq və təhlükəsizlik standartları qanunla müəyyən olunsa da, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi tərəfindən həyata keçirilən iş şəraitinin yoxlanılması
fəaliyyəti zəif və səmərəsiz olmuşdur və işəgötürənlər bu standartlara geniş şəkildə məhəl
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
40
qoymamışlar. AHİK əmək və ticarət haqqında təlimatların tələblərinə əməl olunmasına, o
cümlədən təhlükəsizlik və sağlamlıq şəraitinin təmin olunmasına nəzarət etmişdir. Tikinti, neft
və qaz sektorlarında məqbul iş şəraitinin pozulması halları problem olaraq qalmışdır. AHİK,
Rusiya və Gürcüstandan olan əmək miqrantlarının hüquqlarının müdafiəsi və iş şəraitinin
təhlükəsizliyinin təmin olunması istiqamətində Rusiya və Gürcüstanın dövlət orqanları ilə yaxşı
əməkdaşlıq etdiyini bildirmişdir. Təhlükəli sahələrdə və iqtisadiyyatın 10-30 faizini təşkil edən
qeyri-rəsmi iqtisadiyyatda (qeydiyyatdan keçməmiş müəssisələrdə) çalışan digər işçilərin əmək
hüquqlarının təmin olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər
Nazirliyi tərəfindən nəzarət edildiyi bildirilmişdir.
Əmək şəraitinə etiraz məqsədilə bəzi aksiyalar keçirilmişdir. Məsələn, Qəbələdə yerləşən “Azəri
Trans” şirkətinin işçiləri 25 mart tarixdə etiraz aksiyası keçirərək şirkətdən əmək haqlarını
ödəməsini, daha yaxşı iş şəraitini təmin etməsini və əmək müqavilələri imzalamasını tələb
etmişlər. Etiraz aksiyasında iştirak etdiklərinə görə əmək fəalları Tehran Musayev, Aydın
Əliverdiyev və Siyavuş Yarəliyev 1 aprel tarixdə polis tərəfindən saxlanılmışdır. Musayev və
Yarəliyev altı gün və Əliverdiyev dörd gün məhkəmə tərəfindən saxlanıldıqdan sonra azad
edilmişlər.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının verdiyi məlumata əsasən il ərzində iş yerində 15
ölüm halı baş vermişdir və müavinətlərin verilməməsi barədə şikayətlər də daxil olmaqla xəsarət
barədə 42 şikayət daxil olmuşdur.
AHİK tərəfindən verilmiş məlumata əsasən 2012-ci il ərzində istehsalatda 52 xəsarət və 24 ölüm
halı baş vermişdir və ölüm hallarından 10-u neft və enerji sektorlarında qeydə alınmışdır. Yerli
QHT-in hesablamasına əsasən istehsalatda 82 ölüm halı baş vermişdir ki, bunlardan 36 hal tikinti
sektorunun payına düşür. AHİK və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları
tərəfindən iş yerlərində, xüsusilə tikinti, enerji və neft sektorlarında yoxlamalar həyata keçirilmiş
və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı işəgötürənlərə tövsiyələr verilmişdir.