2013-CÜ İLDƏ azərbaycanda insan hüquqlari üZRƏ hesabat qisa icmal


e. Ədalətli məhkəmə prosesinin aparılmasından imtina



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix06.09.2017
ölçüsü0,62 Mb.
#29066
1   2   3   4   5   6

e. Ədalətli məhkəmə prosesinin aparılmasından imtina   

Məhkəmə hakimiyyətinin qanunla müstəqil olması nəzərdə tutulsa da, hakimlər icraedici 

qanaddan ayrı, müstəqil fəaliyyət göstərməmişlər. Məhkəmə sistemi korrupsiyalaşmış və 

səmərəsiz fəaliyyət göstərmişdir. Çıxarılmış hökmlər çox vaxt məhkəmə prosesində təqdim 

edilmiş dəlillərlə bağlı olmamışdır.   

Hakimiyyətin icraedici qanadı məhkəmə hakimiyyəti üzərində güclü təsir göstərməyə davam 

etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurasına nəzarət etmişdir (MHŞ). MHŞ hakimliyə 

namizədlərin imtahanını həyata keçirən və il ərzində məhkəmə təlimləri və seçim prosesinə 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

nəzarət edən məhkəmə seçim komitəsini (altı hakim, bir nəfər prokuror, bir nəfər vəkil, MHŞ-ın 



üzvü, Ədliyyə Nazirliyinin bir nəfər üzvü və bir nəfər hüquqşünas) təyin edir.     

Etibarlı mənbələrdən verilən məlumatlara əsasən hakimlər və prokurorlar xüsusilə beynəlxalq 

müşahidəçilərə maraqlı olan məhkəmə işləri zamanı prezident administrasiyasından və Ədliyyə 

Nazirliyindən göstərişlər almışlar. Etibarlı mənbələrin verdikləri digər məlumatlara əsasən 

hakimlər müntəzəm şəkildə rüşvət almışlar. Nazirlik tərəfindən 1 noyabr tarixə verilən məlumata 

əsasən MHŞ iki hakimi tutduğu vəzifəsindən azad etmiş və digər doqquz nəfəri isə tənbeh 

etmişdir.  

Məhkəmə prosedurları 

Qanun dövlət, kommersiya və ya peşəkar sirlər və yaxud məxfi, şəxsi və ya ailə məsələləri ilə 

bağlı olan işlər istisna olmaqla açıq məhkəmənin keçirilməsini nəzərdə tutur. Cinayət işlərində 

təqsirsizlik prezumpsiyası, eləcə də, müttəhimin dəlilləri nəzərdən keçirmək, şahidlərlə 

üzləşdirilmək və məhkəmə prosesində sübutlar təqdim etmək hüququ, imkansız müttəhimlərin 

məhkəmə tərəfindən təsdiq edilmiş vəkillə təmin olunmaq hüququ, müttəhimlərin və 

ittihamçıların kasasiya şikayəti vermək hüquqlarının qanunla nəzərdə tutulmasına baxmayaraq 

dövlət orqanları hər zaman bu müddəalara əməl etməmişlər. Cavabdeh tərəfin ona qarşı irəli 

sürülmüş ittihamlar barəsində dərhal ətraflı məlumat əldə etmək, eləcə də lazım olduğu halda 

pulsuz interpretasiya xidmətindən istifadə etmək hüquqları vardır.

     

Hakimlər çox vaxt hökmü açıq şəkildə oxumamışlar və ya onların qərarının arxasında dayanan 



səbəbləri bildirməmişlər ki, bu da müttəhimin onun barəsində çıxarılmış məhkəmə hökmünün 

səbəblərindən məlumatsız qalması ilə nəticələnmişdir.   

Andlılar məhkəməsindən istifadə edilməmişdir. Casusluq və yaxud dövlətə xəyanət kimi 

ittihamlar istisna olmaqla, adətən xarici və yerli müşahidəçilərin məhkəmə iclaslarında iştirak 

etmələrinə icazə verilmişdir. Bəzi dinləmələrdə kiçik və oturacaqların sayı az olan məhkəmə 

otaqlarından istifadə edilməsi və iclasın başlanma saatlarının son anda dəyişdirilməsi geniş 

ictimaiyyətin iştirakının qarşısını almışdır. Ümumilikdə məhkəmənin vaxtı və keçiriləcəyi yer 

barəsində informasiya təqdim edilmişdir, lakin buna baxmayaraq burada da bəzi istisnalar 

olmuşdur, xüsusilə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə.   

Dövlət ittihamçıları və müdafiə tərəfinin vəkillərinin bərabər statusunun konstitusiya ilə 

müəyyən olunmasına baxmayaraq, dövlət ittihamçılarının imtiyazları və hüquqları müdafiə 

tərəfindən üstün olmuşdur. Hakimlər mülki işlərdə müdafiə tərəfinin vəkillərini “kifayət qədər 

səbəb olduğundan” işdən kənarlaşdırmaq hüquqlarını qoruyub saxlamışlar. Cinayət işləri üzrə 

məhkəmə prosesində maraqların toqquşması və ya müttəhimin vəkili dəyişmək barədə müraciəti 

olarsa hakimlər müdafiə tərəfinin vəkillərini işdən kənarlaşdıra bilərlər. Hakimlər çox vaxt 

müdafiə tərəfinin vəkilinin qaldırdığı vəsatətləri, təqdim etdiyi şifahi bəyanatları və dəlilləri 

qiymətləndirərkən dövlət ittihamçılarının xeyrinə olan qərarlar qəbul etmişlər. Məsələn, “Tolışi 

sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işində dövlət orqanları dəfələrlə 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

10 


hüquqşünasların öz müştərisi ilə görüşməsinə mane olmuşlar. Bundan əlavə, hakimlər çox vaxt 

müdafiə tərəfinin vəkillərinin qaldırdığı vəsatətləri rədd etmişlər və ittiham tərəfininkini isə 

qəbul etmişlər. Dövlətə xəyanət, etnik düşmənçiliyin salınması və qanunsuz narkotik vasitələrin 

saxlanılmasında ittiham olunaraq 27 sentyabr tarixdə beş il azadlıqdan məhrum etmə cəzasına 

məhkum edilmiş Məmmədov insan haqları və media azadlığı sahəsində fəaliyyət göstərən QHT-

lər və beynəlxalq ictimaiyyət tərəfindən siyasi məhbus hesab edilmişdir.   

Qanun cinayət işləri üzrə məhkəmə prosesində iştirakı ölkənin hökumətin təsiri altında olan 

Vəkillər Kollegiyasının (hüquqşünaslar assosiasiyası) üzvləri ilə məhdudlaşdırır. 1 noyabr tarixə 

olan məlumata əsasən 2012-ci ildə sayı 818 nəfər olan Kollegiyanın üzvləri olan vəkillərin sayı 

artaraq 834 nəfərə çatmışdır. Buna baxmayaraq verilən məlumatlara əsasən dövlət orqanlarının, 

o cümlədən Kollegiyanın rəyasət heyətinin təzyiqi səbəbindən həssas məhkəmə işlərini üzərinə 

götürmək istəyən müdafiə vəkillərinin sayı il ərzində azalmışdır. Bu cür təzyiqlərə misal olaraq 

27 fevral tarixdə vəkil Bəxtiyar Məmmədovun səkkiz il azadlıqdan məhrum edilməsini 

göstərmək olar. Bəxtiyar Məmmədov “Amnesty İnternational” təşkilatı tərəfindən vicdan 

məhbusu və “İnsan Hüquqları Klubu” tərəfindən isə siyasi məhbus hesab edilmişdir. Eyni 

zamanda vəkillərə qarşı polis tərəfindən də zorakılıq edildiyi barədə məlumatlar verilmişdir. 

Paytaxtdan kənarda fəaliyyət göstərən Kollegiyanın üzvü olan vəkillərin say nisbəti dəyişməz 

olaraq qalmışdır və təxminən 25 faiz təşkil etmişdir.   

Rəyasət heyəti Kollegiyanın idarəedici orqanıdır və nizam-intizam komitəsi ilə birlikdə 

vəkillərin lisenziyasını ləğv etmək və ya kənarlaşdırmaq səlahiyyəti vardır. İl ərzində rəyasət 

heyəti tərəfindən bir vəkil üzvlükdən kənarlaşdırılmışdır. 8 may tarixdə rəyasət heyəti vəkil 

Aslan İsmayılovun lisenziyasını ləğv etmiş və onun hüquqi fəaliyyətlərinə xitam vermişdir. 

İsmayılov, cəmiyyətdə böyük səs-küyə səbəb olmuş bir neçə antikorrupsiya və digər həssas 

məhkəmə işlərində vəkillik edirdi və dövlət orqanları tərəfindən təhlükə və hədə-qorxu ilə 

üzləşmişdir. “Human Rights Watch” təşkilatının verdiyi məlumata əsasən 30 may tarixdə Daxili 

İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsmisi İsmayılova sillə 

vurmuş və “özünü yaxşı aparmayacağı” təqdirdə ona həbs olunacağı barədə xəbərdarlıq etmişdir. 

Müstəntiq daha sonra ona xəbərdarlıq etmişdir ki, “əgər sən öz həyatını qiymətləndirirsənsə, 

onda sakit olmalısan”. May ayının ikinci yarısı ərzində İsmayılov açıq şəkildə iddia etmişdir ki, 

bloqqer Rəşad Ramazanov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həbsxanasında 

olarkən polis tərəfindən döyülmüşdür. Nərimanov Rayon Məhkəməsi 10 sentyabr tarixdə 

İsmayılovun vəkillik statusunun ləğv edilməsi barədə qərar çıxarmışdır.   

 

Qeyri-qanuni yolla əldə edilmiş dəlillərin istifadəsi konstitusiya ilə qadağan edilir. Bəzi 



müttəhimlərin onlardan ifadələrin işgəncə və ya zor tətbiq olunmaqla alındığını iddia etmələrinə 

baxmayaraq, məhkəmələr zor tətbiq edilməsinə əsaslanaraq iddiaları ləğv etməmişlər və 

zorakılığın baş verdiyini müəyyən etmək üçün hər hansı müstəqil məhkəmə ekspertizası 

keçirilməmişdir. Hakimlər çox vaxt polisin pis rəftarı ilə bağlı qaldırılmış iddialara məhəl 

qoymamışlar. İstintaq çox vaxt şübhəli bilinən şəxslərə qarşı fiziki dəlillərin toplanması deyil, 

əksinə etiraflar əldə etmək üzərində qurulmuşdur. Məhkəməyə çıxarılmış ağır cinayətlər çox vaxt 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

11 


ittihamnamənin oxunması ilə nəticələnmişdir, belə ki, ümumilikdə hakimlər yalnız minimum 

səviyyədə sübut tələb etmişlər və dövlət ittihamçıları ilə yaxından əməkdaşlıq etmişlər. Əgər 

hakim təqdim edilmiş sübutun müttəhim barəsində hökm çıxarılması üçün kifayət etmədiyini 

müəyyən etmişdirsə, bu zaman iş əlavə istintaq aparılması üçün prokurorluğa geri qaytarılmış və 

bu da dövlət ittihamçısına hökm çıxarılması üçün əlavə imkan yaratmışdır.  

     


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə istisna olmaqla, məhkəmələr çox vaxt tərcüməçinin 

təmin olunmasını təşkil etməmişlər. Dinləmələr zamanı məhkəmələrin dövlət büdcəsi tərəfindən 

haqqı ödənilməklə tərcüməçilərlə müqavilə bağlamaq hüquqları vardır.  

Məhkəmə prosesinin stenoqramı təqdim edilməmişdir, ifadə, məhkəmədə şahid ifadələri, şifahi 

çıxışlar və məhkəmə qərarlarının qeydləri aparılmamışdır. Bunun əvəzində məhkəmə katibi bir 

qayda olaraq dağınıq qeydlər aparmış və qeydlərin məzmununu özü müəyyən etmişdir.

  

 

Ölkədə mülki hakimləri olan hərbi məhkəmə sistemi vardır. Müharibə və ya hərbi xidmətlə bağlı 



olan hər hansı cinayət işlərində qəbul edilmiş ilkin məhkəmə hökmü hərbi məhkəmə tərəfindən 

dəyişməz olaraq saxlanılır. 

  

Siyasi məhbuslar və saxlanılan şəxslər 

İl ərzində yerli və beynəlxalq QHT-lər hökumətin siyasi məhbuslar və saxlanılan şəxsləri həbsdə 

saxladığını bəyan etməyə davam etmişlər, bu şəxslərin təxmini sayı 10 - 143 nəfər arasında 

dəyişmişdir. QHT-lərin siyasi məhbus və saxlanılanlar siyahısına jurnalistlər (bax: bölmə 2.a.), 

insan hüquqlarının müdafiəçiləri (bax: bölmə 1.e. və 3), müxalif fikirli ictimai və din xadimləri 

(bax: bölmə 1.d., 2.b., və 3) və gənc fəallar (bax: bölmə 1.c. və 1.d.) daxil edilmişdir.  

Bir misalda, 4 fevral tarixdə dövlət orqanları REAL Hərəkatının sədri və prezidentliyə iddialı 

İlqar Məmmədovu və Müsavat Partiyasının jurnalisti və sədr müavini Tofiq Yaqublunu həbs 

etmiş və onları ictimai asayişin pozulmasını təşkil etməkdə və hakimiyyət orqanlarına qarşı 

müqavimət göstərməkdə ittiham etmişdir. Məmmədov və Yaqublu hökumət əleyhinə keçirilmiş 

qiyamla bağlı məlumat toplamaq məqsədilə yanvar ayının sonunda İsmayıllı şəhərinə səfər 

etmişlər. Onlar, eləcə də Anar Məmmədli (bax: bölmə 3) və digərləri beynəlxalq ictimaiyyət və 

167 ictimai xadim tərəfindən vicdan məhbusu kimi tanınmışlar və onların dərhal azad edilməsini 

tələb etmişlər. Qeyd olunan iş üzrə məhkəmə 4 noyabr tarixdə başlamış və ilin sonunda davam 

etmişdir.    

14 oktyabr tarixdə Prezident Əliyev geniş şəkildə siyasi məhbus hesab edilmiş keçmiş iqtisadi 

inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, “AzPetrol” şirkətinin prezidenti Rafiq Əliyevi əfv 

etmişdir. Hər iki şəxs dövlət çevrilişi təşkil etməkdə ittiham olunaraq dövlət orqanları tərəfindən 

2005-ci ildə həbs edilmiş, lakin sonradan mənimsəmə ittihamı ilə məhkum edilmişlər. 9 oktyabr 

prezident seçkisinə bir neçə gün qalmış Fərhad Əliyev Prezident Əliyevin təkrar seçilməsini 

təqdir etdiyini açıq şəkildə bəyan etmişdir.  


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

12 


Qanunla siyasi məhbusların digər məhbuslarla eyni hüquqları vardır. Buna baxmayaraq 

məhdudiyyətlər həbsxanadan-həbsxanaya fərqli olmuşdur. Beynəlxalq humanitar təşkilatların 

siyasi məhbuslarla görüşmək imkanı olmuşdur.  

Mülki məhkəmə prosedurları və müdafiə üsulları 

Vətəndaşların insan hüquqlarına zərər vurulması və yaxud bu hüquqların dayandırılması və 

pozulması hallarına qarşı məhkəməyə müraciət etmək hüquqları vardır. Mülki işlər üzrə 

məhkəmədə andlıların iştirakı qanunla nəzərdə tutulmayıb, hər bir məhkəmədə qərarlar hakim 

tərəfindən verilir. Mülki işlər üzrə birinci dinləmədə rayon məhkəmələrinin mühakimə hüququ 

vardır, apelyasiya şikayətlərinə əvvəlcə Apelyasiya Məhkəməsi və sonradan isə Ali Məhkəmə 

tərəfindən baxılır.

 

Cinayət işləri ilə əlaqədar olaraq vətəndaşların bütün yerli məhkəmə 



instansiyalarını keçdikdən, Ali Məhkəməyə şikayət etdikdən və müvafiq qərar çıxarıldıqdan 

sonrakı altı ay ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) müraciət etmək 

hüquqları vardır.   

   


 

İnsan haqları üzrə məhkəmənin regionlar üzrə qərarları 

Vətəndaşlar İHAM-nə müraciət etmək hüquqlarından istifadə etməyə davam etmişlər və 

hökumətin İnsan Haqları üzrə Avropa Konvensiyasına əsasən üzərinə götürdüyü öhdəlikləri 

pozması ilə bağlı iddia qaldırmışlar. Hökumətin İHAM-in qərarlarına əməl etməsi qarışıq 

olmuşdur. 

   


f. Şəxsi həyat, ailə, ev və yaxud yazışmalara əsassız müdaxilə  

Qanunla şəxsi həyata olan əsassız müdaxilələr, yazışmalara və digər şəxsi ünsiyyət formalarına 

nəzarət edilməsi qadağan edilir. Hökumət tərəfindən bu hüquqi qadağalara əməl edilməmişdir.   

Konstitusiyaya əsasən yaşayış yerində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı və ya 

qanunla müəyyən edilmiş xüsusi hallarda icazə verilməsinə baxmayaraq dövlət orqanları çox 

vaxt məhkəmənin qərarı olmadan axtarışlar keçirmişlər. Çoxları Milli Təhlükəsizlik Nazirliyi və 

Daxili İşlər Nazirliyi tərəfindən xüsusilə xaricilərin, internetdə fəal olan gənclərin, bəzi 

siyasətçilərin və iş adamlarının və beynəlxalq danışıqlarda iştirak edən şəxslərin telefon 

danışıqlarına və internet vasitəsilə apardıqları yazışmalara nəzarət olunduğunu düşünmüşdür.  

Polis cinayətkarlıqda şübhəli bilinən şəxslərin və siyasi müxalifət üzvlərinin ailə üzvlərinə, eləcə 

də müəyyən QHT-lərin əməkdaşlarına və liderlərinə və onların ailə üzvlərinə hədə-qorxu 

gəlməyə, onları təqib etməyə və bəzən həbs etməyə davam etmişdir. Məsələn, Elnur Seyidov 

“İnsan Hüquqları Klubu” tərəfindən siyasi saxlanılan şəxs hesab edilmişdir. 2012-ci ilin mart 

ayından saxlanılmış Seyidov, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynıdır. 29 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

13 


oktyabr tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə tərəfindən Seyidov yeddi il yarım 

müddətə azadlıqdan məhrum edilmişdir. Geniş şəkildə siyasi motivlərə söykəndiyi hesab olunan 

digər bir halda isə dövlət orqanları Kərimlinin oğlu Türkeli oktyabr prezident seçkisindən bir 

neçə həftə əvvəl 25 gün həbsdə saxlamışlar. O, il ərzində saxlanılmış və ya fiziki hücuma məruz 

qalmış tanınmış müxalifət partiyası və ya hərəkatının liderlərinin üç oğlundan biri olmuşdur və 

bu əməllər cəzasız qalmışdır.  

Vətəndaşların verdikləri məlumata əsasən dövlət orqanları, ailə üzvlərinin siyasi və ya vətəndaş 

fəaliyyətlərindəki iştirakına görə onlardan intiqam almaq məqsədilə ayrı-ayrı şəxsləri işdən azad 

etmişdir. Məsələn, QHT-lərin verdikləri məlumata əsasən yazıçı Əkrəm Əylislinin xanımı və 

oğlu fevral ayının əvvəlində tutduqları dövlət sektorundakı işlərindən azad edilmişlər. Onların 

məcburi qaydada işlərindən “könüllü” istefa vermələri “Daş Yuxular” əsərində azərbaycanlıların 

ermənilərə qarşı zorakılıq etməsini pisləməsindən sonra Əylisliyə qarşı aparılmış “qara piar” 

kampaniyası zamanı baş vermişdir.    

QHT-lərin verdikləri məlumata əsasən dövlət orqanları dövlətin şəxsi əmlakı məcburi 

özgəninkiləşdirməsinə və şəxsi əmlakın özgəninkiləşdirilməsini tənzimləyən qanunlara əməl 

etməmişlər. Ev sahiblərinə çox vaxt bazar dəyərindən çox aşağı təzminatlar ödənilmişdir və 

onların hüquqi müdafiə imkanları az olmuşdur. Yerli müşahidəçilərin verdikləri məlumata 

əsasən mülkiyyət hüquqları ilə bağlı onlara olunan şikayətlərin sayı əvvəlki illərlə müqayisədə 

artmağa davam etmişdir. QHT-lərin məlumatına əsasən bir çox vətəndaş ölkənin məhkəmə 

sisteminə etibar etməmiş və bu səbəbdən təzminatla bağlı iddia qaldırmaqda maraqlı olmamışlar.  

Dağlıq Qarabağ müharibəsinin əlil veteranı Zaur Həsənov ona məxsus torpaq sahəsinin 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, parlamentin üzvü Səttar Mehbalıyev 

tərəfindən qanunsuz zəbt edilməsi və ailəsinə məxsus olan kafenin uçurulması barədə qərarın 

məhkəmə tərəfindən qüvvədə saxlanılmasına etiraz olaraq 25 dekabr tarixdə özünü yandırmışdır. 

Həsənov aldığı xəsarətlərdən 28 dekabr tarixdə vəfat etmişdir.   

Yerli QHT-in verdiyi məlumata əsasən bir neçə il davam edən Oğuz-Qəbələ-Bakı su boru 

xəttinin inşası səkkiz rayonda 16 000 nəfərin az miqdarda təzminat ödənilməklə yaşadıqları 

yerlərdən köçürülməsinə səbəb olmuşdur. Torpaq sahiblərinə təzminatın ödənilməsini nəzərdə 

tutan məhkəmə qərarının olmasına baxmayaraq, su təsərrüfatının idarə olunmasına məsul olan 

“Azərsu” dövlət orqanı tərəfindən 2012-ci ilin sonuna qədər yalnız iki nəfər torpaq sahibinə 

təzminat ödənilmişdir. İlin sonuna olan məlumata əsasən mülkiyyət hüquqlarının pozulmasına 

görə müxtəlif məhkəmələrə edilmiş müraciətlərə baxılması davam etmişdir.          

 

 

 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

14 


Bölmə 2. Vətəndaş azadlığına hörmət, o cümlədən:  

  

a. Söz və mətbuat azadlığı  

Söz və mətbuat azadlığının qanunla müəyyən olunmasına və mətbuat üzərində senzuranın xüsusi 

olaraq qadağan edilməsinə baxmayaraq çox vaxt hökumət bu hüquqlara hörmət etməmişdir. 

Hökumət söz azadlığı və medianın müstəqilliyinin məhdudlaşdırılmasını davam etdirmişdir. 

Jurnalistlər hədələnmiş, döyülmüş və həbs olunmuşlar. QHT-lər tərəfindən ən azı 12 jurnalist və 

bloqqer siyasi məhbus və yaxud saxlanılan şəxs hesab edilmişdir. 8 oktyabr tarixdə yayılmış 

birgə pres-relizdə 22 yerli və beynəlxalq QHT media və siyasi cəhətdən müxalif mövqe ifadə 

edənlər üçün mühitin “getdikcə daha çox məhdudlaşdırıcı” olduğunu qeyd etmişlər.   

Söz azadlığı: Söz azadlığı konstitusiya ilə təsbit olunur, lakin hökumət tərəfindən siyasi cəhətdən 

həssas hesab olunan mövzularla əlaqədar bu hüququn məhdudlaşdırılması artmışdır. Hökuməti 

tənqid edənlərin “uydurma ittihamlar” əsasında həbs olunması hallarının qismən artmasına 

istinad edən “Human Rights Watch” təşkilatının 2 sentyabr tarixdə verdiyi məlumata əsasən 

2012-ci ilin ortalarından etibarən hökumət dinc şəkildə fərqli düşüncə ifadə edənlərin 

sıxışdırılması səylərini gücləndirmişdir. İl ərzində dövlət orqanları gənclər və müxalifət 

fəallarının Bakı şəhərində dinc nümayişlər keçirməsinin qarşısını almışlar və bu cür 

fəaliyyətlərdə şübhəli bilinənləri saxlamışlar. Söz azadlığından istifadə etməyə cəhd 

göstərənlərin həbsi dövlət orqanlarının müxalif düşüncəli insanları cəzalandırmaq məqsədilə 

məhkəmə sistemindən istifadə etməsi ilə bağlı narahatlıqları artırmışdır. Dövlət orqanları eyni 

zamanda gənc fəallar tərəfindən analitik bacarıqların və müstəqil düşüncənin inkişaf etdirilməsi 

məqsədilə yaradılmış bitərəf təşkilat olan Azad Fikir Universitetinin binasını aprel ayında 

bağlamaqla orada keçirilən müzakirələrə mane olmağa cəhd göstərmişlər. Bundan əlavə, 

hökumət siyasi və vətəndaş cəmiyyəti toplantılarına nəzarət etməklə tənqidin qarşısını almağa 

cəhd göstərmişdir.    

Mətbuat azadlığı: İl ərzində bir sıra müxalifət və müstəqil qəzetlər və onlayn media vasitələri 

fəaliyyət göstərmişlər və hökumətin siyasəti haqqında müxtəlif fikirlər ifadə etmişlər. Qəzetlərin 

tiraj sayı aşağı olaraq qalmışdır və bu göstərici bir çox hallarda 5 000-dən çox olmamışdır. 

Etibarlı mənbələrin verdikləri məlumata əsasən paylaşdırma fəaliyyətini həyata keçirənlərin bir 

çoxunun müxalifət qəzetlərini daşımaqdan imtina etməsi səbəbindən Bakı şəhərindən kənarda 

müxalifət qəzetləri yalnız məhdud sayda satışa çıxarılmışdır. 17 oktyabr tarixdə Bakı 

metropoliteni tərəfindən üç müxalifət qəzetinin satışına qadağa qoyulmuşdur – “Azadlıq”“Yeni 

Müsavat” və “Gündəm Xəbər”. Metro stansiyalarında bütün növ çap materiallarının satışına 

icazə verilmiş və müvafiq qaydalara 15 noyabr tarixdə dövlət orqanları tərəfindən dəyişiklik 

edilmişdir. Uzun müddət təzyiq altında olan “Azadlıq” qəzeti noyabr ayında qısa müddətə öz 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

15 


çapını dayandırmışdır, lakin dövlət tərəfindən maliyyə dəstəyi aldıqdan sonra fəaliyyətini bərpa 

etmişdir. Hökumətin müttəfiqləri tərəfindən qaldırılmış məhkəmə iddialarına cavab olaraq 

məhkəmələrin tətbiq etdikləri böyük miqdarda defamasiya cərimələrini ödəyə bilmədiyinə görə 

Azadlıq” qəzetinin bank hesabları noyabr ayında dövlət orqanları tərəfindən dondurulmuşdur. 

Dekabr ayının sonunda qəzetin verdiyi məlumata əsasən bank hesabları yenidən 

aktivləşdirilmişdir.         

 

9 oktyabr prezident seçkisindən öncə yayım mediası özlərinin xəbər buraxılışlarında iqtidar 



yönümlü xəttə sadiq qalmışlar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 

(DTİHB) verdiyi məlumata əsasən seçkidən əvvəlki müddətdə təşkilatın mütəxəssisləri 

tərəfindən monitorinq edilmiş altı televiziya kanalında prezidentliyə namizədlərin 

işıqlandırılması fəaliyyətinin 92 faizi hazırda fəaliyyətdə olan Prezident Əliyevə həsr edilmişdir.     

Xarici yayımçılar, o cümlədən “Amerikanın Səsi”, “Azadlıq Radiosu” və “BBC”-in FM radio 

tezliklərində yayımına qoyulmuş qadağa davam etmişdir.     

Media azadlığını monitorinq edən yerli QHT-in verdiyi məlumata əsasən ilin sonunda 12 

jurnalist və bloqqer həbsdə olmuşdur və yaxud cinayət törətməkdə ittiham edilmişdir. Məsələn,  

17 sentyabr tarixdə jurnalist və fəal Pərviz Həşimli dövlət orqanları tərəfindən saxlanılmış və 

qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda silah-sursat gətirməkdə ittiham 

olunaraq barəsində iki ay müddətinə həbs qət-imkan tədbiri seçilmişdir. Verilən məlumatlara 

əsasən dövlət orqanları onun vəkillə görüşməsinə bir neçə gün icazə verməmişlər. İnsan haqları 

və media azadlığı sahəsində fəaliyyət göstərən QHT-lər onu siyasi motivlər əsasında saxlanılan 

şəxs hesab etmişlər. Standartlara cavab verməyən şəraitdə saxlanılmasına və dövlət orqanlarının 

onun ailə üzvləri ilə görüşməsinə icazə verməməsinə cavab olaraq Həşimli 25 noyabr tarixdə 

aclıq aksiyasına başlamışdır. Dekabr ayının ortalarında Həşimli dövlət orqanlarının ona işgəncə 

verdiyini bəyan etmişdir və onun vəkili və ailə üzvlərinin bildirdiyinə görə dövlət orqanları tez-

tez ona psixoloji təzyiq göstərmiş və onunla pis rəftar etmişlər. Məhkəmə Həşimlinin işgəncə ilə 

bağlı iddialarını rədd etmiş və bunu “əsassız” adlandırmışdır.    

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə yazılarında hökumətin daxilindəki korrupsiyanı ifşa 

etmiş “Xural” qəzetinin redaktoru Əvəz Zeynallını rüşvətxorluqda ittiham edərək 12 mart tarixdə 

doqquz il azadlıqdan məhrum etmişdir. İnsan haqları və media azadlığı sahəsində fəaliyyət 

göstərən QHT-lər onu siyasi məhbus hesab etmişlər.  

“P.S. Nota” qəzetinin redaktoru Sərdar Əlibəyli xuliqanlıqda ittiham edilərək rayon məhkəməsi 

tərəfindən 13 noyabr tarixdə dörd il azadlıqdan məhrum edilmişdir. Vətəndaş cəmiyyəti fəalları 

polisin Əlibəylini hökuməti tənqid etdiyinə görə həbs etdiyini bildirmişlər. “Amnesty 

İnternational” təşkilatı Əlibəylini vicdan məhbusu hesab etmişdir.  



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

16 


Zorakılıq və incidilmə: Medianın monitorinqi ilə məşğul olan QHT-in verdiyi məlumata əsasən 

2012-ci ildə baş vermiş 71 insidentlə müqayisədə il ərzində jurnalistlərə qarşı şifahi və yaxud 

fiziki hücumların baş verdiyi 61 insident qeydə alınmışdır. Məsələn, 15 fevral tarixdə “Unikal” 

qəzetinin baş redaktoru Asəf Rzayevin verdiyi məlumata əsasən Abşeron rayonundakı müəssisə 

ilə bağlı qəzetdə tənqidi məqalələr nəşr olunduqdan sonra bu müəssisənin məxsus olduğu 

mehmanxana sahibi ona hədə-qorxu gəlmişdir. Bəzi jurnalistlər ölümlə hədələndikləri barədə 

məlumatlar vermişlər. Məsələn, “Azadlıq Radiosu”nun jurnalisti Yafəz Həsənov il ərzində 

ölümlə hədələndiyi barədə məlumat vermişdir. Onun şikayətlərinə baxmayaraq dövlət orqanları 

tərəfindən təqsirkarın dayandırılması istiqamətində hər hansı əməli addım atılmamışdır.     

Hökumət, fərqli baxışlara sahib olan insanları incitmək və onları nüfuzdan salmaq üçün 

mediadan istifadə etmişdir. Nəzərə çarpan bir misalda, aprel ayında hökumət yönümlü internet 

səhifəsində tədqiqatçı jurnalist Xədicə İsmayılovaya məxsus olduğu iddia olunan bir qadının 

açıq-saçıq video görüntüsü yerləşdirilmişdir. İsmayılova bu video görüntünün saxta olduğunu və 

bunun dövlətin nəzarətində olan və yaxud hökumət yönümlü mətbuat vasitələri tərəfindən 2012-

ci ildə ona qarşı aparılan “qara piar” kampaniyasının bir hissəsi olduğunu bildirmişdir. 26 iyul 

tarixdə ikinci bir internet səhifəsində İsmayılovanın mənzilində gizlincə çəkilmiş intim xarakterli 

video yerləşdirilmişdir. İl ərzində rəsmən hakim partiya ilə əlaqəsi olan qəzetlər bu videoları 

yerləşdirmiş internet səhifələrinə keçidi, eləcə də, ona və onun ailə üzvlərinə hücum xarakterli 

məqalələri nəşr etməklə ona qarşı təşkil olunmuş “qara piar” kampaniyası həyata keçirmişlər. 

İsmayılova öz araşdırmalarında prezidentin ailəsini korrupsiya ilə əlaqələndirmişdir. Bu hal 

beynəlxalq və yerli səviyyədə kəskin şəkildə pislənilmişdir, bir çox müşahidəçilər bunun 

jurnalistin davamlı şəkildə qorxudulmasına cəhd kimi qiymətləndirmişlər.    

İl ərzində çoxsaylı etiraz aksiyalarını işıqlandırmağa çalışan jurnalistlərin polis tərəfindən 

incidildiyi və bəzi hallarda isə onlara fiziki xəsarət yetirildiyi barədə məlumatlar verilmişdir. Son 

illərdə jurnalistlərə qarşı fiziki hücumlar etmiş hər hansı polis əməkdaşının dövlət orqanları 

tərəfindən məsuliyyətə cəlb olunması barədə hər hansı məlumat verilməmişdir.  

Jurnalistlər və media hüquq müdafiəçiləri, haqqında İranlı Ayətullah Fazel Lənkərani tərəfindən 

fitva verilmiş jurnalist Rafiq Tağının 2011-ci ildə baş vermiş qətlinin və müstəqil redaktor və 

jurnalist Elmar Hüseynovun 2005-ci ildə qətlə yetirilməsinin araşdırılmasını tələb etməyi davam 

etmişlər.   

Jurnalistlərin və media vasitələrinin qorxudulması üçün siyasi motivlərə söykəndiyi hesab edilən 

məhkəmə iddialarından da istifadə edilmişdir. Müstəqil və müxalifət qəzetlərinin əksəriyyətinin 

maliyyə vəziyyəti aşağı olaraq qalmışdır və onların əmək haqlarının, vergilərin və vaxtaşırı 

məhkəmə cərimələrinin ödənilməsində üzləşdikləri problemlər davam etmişdir. Maliyyələşmə 

üçün çoxları siyasi partiyalara, nüfuzlu sponsorlara və yaxud KİV-in İnkişafına Dövlət Dəstəyi 

Fonduna bel bağlamışdır.   

Hökumət bəzi dövlət kitabxanalarının müxalifət qəzetlərinə abunə yazılmasını, dövlət 

müəssisələrinin müxalifət qəzetlərində reklam yerləşdirməsini qadağan etmişdir və özəl 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

17 


müəssisələrə bu qəzetlərdə reklam yerləşdirməmək üçün təzyiq göstərmişdir. Nəticədə müxalifət 

mediasında ödənişli reklam əhəmiyyətli dərəcədə azalmışdır. Siyasi şərhçilər qeyd etmişlər ki

bu cür addımlar müxalifət və müstəqil mətbuat orqanlarının jurnalistlərə verdiyi əmək haqqının 

azalmasına səbəb olmuşdur və səriştəli əməkdaşların iqtidar yönümlü mətbuat tərəfindən işə 

götürülməsinə imkan yaratmışdır. Bundan əlavə beynəlxalq media monitorinqi tərəfindən verilən 

məlumatlarda Vergilər Nazirliyinin rəsmiləri tərəfindən edilən hədə-qorxuların medianın 

müstəqilliyini daha da məhdudlaşdırdığı qeyd edilmişdir.      

Yerli müşahidəçilərin məlumatına əsasən qəzet köşklərinin yerli dövlət orqanları tərəfindən ləğv 

edilməsi müxalifət qəzetlərinin paylanmasında böyük sayda azalmalara səbəb olmuşdur. 

Müşahidəçilərin bildirdiyinə görə əvvəlkilərin əvəzinə quraşdırılmış yeni köşklərdə kiçik sayda 

iqtidar yönümlü qəzetlər satılmış və onlar qəzet köşklərindən daha çox gündəlik tələbat 

mallarının satışı ilə məşğul olan mağaza kimi fəaliyyət göstərmişlər.      

Senzura və kontentin məhdudlaşdırılması: Əksər media vasitələri özünüsenzuradan istifadə 

etmişlər və siyasi cəhətdən həssas hesab edilən mövzulardan yayınmışlar.   

Aprel ayının əvvəlində “Azadlıq” radiosunun (RFE/RL) Azərbaycan dilli peyk proqramları 

hədəfli şəkildə siqnal müdaxiləsinə məruz qalmışdır və bunun məqsədyönlü şəkildə baş verdiyi 

hesab edilmişdir. Digər provayderlər vasitəsilə efirə çıxan iki müxalifət yönümlü peyk yayımları 

da ölkə ərazisində yayımlanmaqda çətinliklərlə üzləşmişlər. Amerika-Britaniyalı insan hüquqları 

üzrə müdafiəçi Rebekka Vinsent tərəfindən 9 iyul tarixdə verilən məlumata görə ölkə ərazisində 

alternativ xəbər buraxılışlarını yayımladıqlarına görə hər üç yayımçının hədəfə alındığı hiss 

edilmişdir.  

Milli Televiziya və Radio Şurası yerli, özəl televiziya və radio stansiyalarından xarici mənşəli 

xəbər proqramlarını tam şəkildə təkrar yayımlamamağı tələb etmişdir.    

Böhtan yaymağa görə məsuliyyət haqqında qanun/milli təhlükəsizlik:  Böhtan atmaq cinayət 

əməli hesab edilir. Qanun böhtan atmaqda günahkar bilinən şəxslərə qarşı böyük miqdarda 

cərimələr və üç ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq etməyə imkan verir. Defamasiya 

da qadağan edilir və bu əmələ görə 100 manatdan 1000 manata (125-1250 ABŞ dollarına qədər) 

qədər cərimə və altı aydan üç ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər. Media 

hüquqlarının müdafiəsi üzrə yerli təşkilatların verdikləri məlumata əsasən qəzetlərə və yaxud 

onların sahiblərinə qarşı il ərzində ümumilikdə 4,7 milyon manat (5,9 milyon ABŞ dolları) 

həcmində məhkəmə iddiaları qaldırılmışdır və bu iddialar əsasında 145 000 manat (181 000 ABŞ 

dolları) həcmində məhkəmə qərarları qəbul edilmişdir.  



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin