Açıq boz-qəhvəyi torpaqlar. Bu torpaqlar Cəlilabad rayonunun düzən ərazilərində ayrı-ayrı ləkələr şəklində yayılmışdır. Bu torpaqların profili , xüsusən də əkin qatı adi boz-qəhvəyi torpaqlarla müqayisədə bir qədər açıq rəngə malikdir. Torpaq profili , xüsusən də 60-70 sm-dən aşağı qatlar zəif differensiya olunubdur. ən səciyyəvi morfoloji əlamət kimi torpaq profilində 25-45 sm-dən sonra karbonat ləkələrinin görünməsidir.
Humusun miqdari “A” horizontunda 2% - dən azdır, 60-70 sm dərinlikdə onun miqdarı 0.6%-ə qədər aşağı düşür. Ümumi azotun miqdarı 0,13-0,20%, C:N nisbəti “A” horizontunda 5,8-8,4, aşağı qatlarda 5,5-8,8 arasında dəyişir. Bütün açıq boz-qəhvəyi torpaqlar karbonatlıdır. Bəzən profilin 30 sm-də CaCO3 miqdarı 15-18%-ə çatır.
Açıq boz-qəhvəyi torpaqlar qranulometrik tərkibinə görə gillicəli və gillidir. Torpağın “A” horizontunda fiziki gilin miqdarı 66-77% təşkil edir.
Ayrı-ayrı hallarda onun miqdarı aşağı qatlarda 21%-ə qədər azalır.
Açıq boz-qəhvəyi torpaqlarda udulmuş əsasların cəmi torpaq profilinin bir metrlik qatında 27,9-48,4 mq.ekv-dir. Kationlar içərisində kalsium kationu üstünlük təşkil edir. Lakin bəzən udulmuş maqneziumun miqdarı B və BC horizontlarında 35-64%-ə qədər artır. Bu da gğrünür, torpaqda maqnezium şorakətləşməsi ilə əlaqədardır.
Dostları ilə paylaş: |