3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları



Yüklə 380,9 Kb.
səhifə45/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   40   41   42   43   44   45   46   47   48
referat 1721 (1)

Eksperiment – özündə elə tədqiqat metodun birləşdirir ki, bu metod vasitəsilə bir və ya bir neçə faktorların dəyişilməsinə nəzarət etmək mümkün olur. Məsələn, eynitipli dükanların birinin satış yerində yeni reklam vasitələrinin parametrlərindən istifadə edilir. Digərlərində situasiya dəyişilməz olaraq qalır ( bu nəzarət qrupları vasitəsilə müəyyənləşdirilir). Müəyyən interval ( dövr) keçdikdən sonra bu eynitipli dükanların fəaliyyəti müqayisə olunur. Bu müəssisələrin fəaliyətindəki fərqlilik göstəriciləri analiz edilir.
Sorğu – tədqiqatlar zamanı ilkin informasiyaların toplanılmasında ən çox istifadə olunan metodlardan biridir. Həqiqi və ya potensial alıcılara müəyyən suallar verməklə tədqiqatçı “birinci əl”dən ilkin informasiyanı alır. Bu informasiya vasitəsilə firma və onun məhsulları haqqında informasiyalar toplanılır ki, bu da həmin firmanın çatışan və çatışmayan cəhətlərini müəyyən etməyə imkan verir.
Sorğudan əvvəl tədqiqatçılar aşağıdakı problemlıri həll etməlidirlər:

  • Sorğu aparılan insanların kəmiyyət və keyfiyyət baxımından müəyyənləşdirilməsi;

  • Sorğu aparmaq üçün hansı alıcı qruplarını seçməyi aydınlaşdırmaq lazımdır ki, bu da sorgu metodunun effektivliyini artırmağa imkan verir;

  • Hansı tədqiqat alətlərinin istifadə edilməsinin müəyyən edilməsi ( anket, inervyu, telefonla sorğu və s.)

Sorğunun aparılması üç əsas qaydada- telefonla, poçtla, şəxsi intervyu vasitəsilə aparılır. Bu üç növün özünün çatışan və çatışmayan cəhətləri var. Beləki, telefonla sorğu informasiyanın toplanılmasında bir qədər operativ üsuldur. Bu üsul vasitəsilə intervyu aparılan respondentin verdiyi informasiyalar yüksək nəaliyyətlər əldə etməyə imkan verir. Lakin qeyd etmək lazımdır ki, bu üsul vasitəsilə yalnız telefonu olan respondentlərlə sorğu aparılır və respondentlərlə sorğu zamanı vizual elementlər olmur. Bu isə çatışmayan cəhətdir.
Poçtla sorğu digərlərinə nisbətən daha az məsrəf tələb edən üsuldur. Digər tərəfdən isə əldə olunan məlumatların doğruluğu nisbətən yüksək olur.
Şəxsi intervyu - ən bahalı sorğu üsuludur. Intervyu götürən şəxs respondentin reaksiyasını müşahidə edə bilər və əlavə suallar verə bilər. Şəxsi intervyu respondentlərin sayından asılı olaraq fərdi və ya qrup şəklində aparıla bilər.
Sorğu zamanı informasiyanın əldə olunması üçün ən yaxşı üsul anket və xüsusi texniki vasitələrdir (ötürücülərdən tutmuş “yalan detektoru” vasitələrinə kimi olan qurğular).
İlkin informasiyanın əldə olunması zamanı ən geniş istifadə olunan üsul anketlərdən istifadədir. Anketin suallarının tərtibi olduqca asan və birmənalı olmalıdır. Effektli anketin tərtib olunması üçün psixologiya, sosialogiya, lingvistika, statistika sferaları üzrə mütəxəsislər olmalı və onların anketi tərtib etmələri üçün bacarıqları olmalıdır. Anketin tərtibi üçün lazım olan bəzi göstəriciləri qeyd edək:

  1. Tədqiqatın məqsədlərinə uyğun olaraq anketdəki suallar da həmin məqsədlərə uyğun tərtib edilməlidir. Daha məqsədə uyğundur ki, əgər məqsədlər anketin ilk suallarında qoyulsun.

  2. Anketin doldurulmasl zamanı, əldə olunan informasiyanın minimum həcmini müəyyən edmək lazımdır. Anketdə qətiyyən əlavə suallar olmamalıdır.

  3. Anket qısa və konkret tərtib olunmalıdır.

  4. Lazım olan minimum məlumat əldə etməyə imkan verən anket proektini yazmaq lazımdır.

  5. İlk əvvəl ümumi suallar verilməli, sonra isə onlar detallı şəkildə müzakirə etmək üçün tərtib edilməlidir.

  6. Anketdə sualların tərtibi müəyyən edilmiş məntiq əsasında hazırlanmalıdır.

  7. Jarqonlardan, ikimənalı sözlərdən, düzgün olmayan fikirlətdən, qeyri-mədəni suallardan qəçmaq lazımdır.

  8. Şablonlaşmış cavab verilən suallardan yan keçmək lazımdır.

  9. Anketin son suallarında respondentlərin yaş, gəlir, ailə vəziyyəti və istənilən şəxsi suallar tərtib olunmalıdır.

  10. Anketin sonunda respondentə tədqiqatda iştirak etdiyi üçün təşəkkür etmək lazımdır.

İlkin informasiyalar toplandıqdan sonra, o, redaktə olunur, sistemləşdirilir, kodlaşdırılır və cədvəl şəklində tərtib olunur. Bir çox hallarda tədqiqat zamanı toplanmış informasiyanın təhlili zamanı kompüterlətdən istifadə edilir. Bu zaman kompüterlərdə bu əməliyyatları aparmaq üçün hazırlanmış xüsusi proqramlardan istifadə olunur ( məsələn, “Galileo” proqramı mediaplanın tərtib olunmasına kömək edir). Analizin nəticələri marketinq və reklam üzrə menecerlərə təqdim olunur. Tədqiqatın əsas məqsədi – informasiya defisitliyini (qıtlığını) aradan qaldırmaqdan ibarətdir.
Marketinq və reklam tədqiqatlarında qeyd etdiyimiz metodlardan əlavə nisbətən az istifadə olunan qəbuletmə səviyyəsinin öyrənilməsi metodu, tənqidi jurnallardan istifadəsi metodu və s. metodlardan istifadə edilir. Reklam kampaniyasının əsas tədbirlərindən sonra reklam effektivliyinin artırılması üçün tədqiqatlar aparılır.
Amerika Reklam Akademiyasının sifarişi ilə reklam araşdırmalarının inkişafına təsir göstərən əsas faktorların müəyyənləşdirilməsi üçün əlavə tədqiqatlar aparıldı.
Bu əsas faktorlara nəzər yetirək:




  1. Yüklə 380,9 Kb.

    Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin