3. Kapital qoyuluşuları və maliyy invdstisiyaların uçotu



Yüklə 244,85 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix29.12.2021
ölçüsü244,85 Kb.
#48769
  1   2   3
Muh. 3



 

 

3.Kapital qoyuluşuları  və maliyy invdstisiyaların uçotu 



 

1.Kapital qoyuluşları, onların qruplaşdırılması və qiymətləndirilməsi 

 

2.Əsaslı tikintidə maliyyələşdirmə, kreditləşmə və hesablaşmaların uçotu 



 

3.Kapital  qoyuluşlarına    məsrəflərin  və  işlərin  yerinə  yetirilməsi    üsulundan  asılı 

olaraq kapital qoyuluşlarının uçotu 

 

4.Başa çatmış və bitməmiş kapital qoyuluşlarının uçotu 



 

5.Uzunmüddətli maliyyə investisiyaların uçotu 

 

6.Qısamüddətli  maliyyə investisiyaların uçotu 



 

 

 



 

                    İstifadə olunan ədəbiyyatlar 

 

1.”Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunu” Bakı, 2004 



2.  Abbasov  Q.Ə.  Mühasibat  uçotu.  Dərslik  ,  Bakı,“İqtisad  Universiteti”  nəşriyyatı, 

2015 


3.Abbasov  Q.Ə...Səbzəliyev  S.M.,  Ə.Daşdəmirov  Ə..və  b.  “Mühasibat  (Maliyyə) 

uçotu”. Bakı, 2003. 

4.Kərimov A. “Mühasibat uçotu, vergilər” (nəzəri-praktik) vəsait. Bakı “Ozan”, 2013 

 

5.Rzayev Q.R. “Mühasibat uçotu və audit”, Бакы 2008 



   

6.Sadıqov. Ə.A. “Mühasibat (Maliyyə) uçotu”. I hissə. Bakı, 2002 

7.Sadıqov Ə.A., Sadıqov T.Ə., Cəfərova Ş.Ə., Sadıqov C.Ə. “Mühasibat uçotu” Dərs 

vəsaiti. Bakı, 2012 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

1.Kapital qoyuluşları, onların qruplaşdırılması və qiymətləndirilməsi 

Kapital qoyuluşları - əsas fondların geniş təkrar istehsalına məsrəflər deməkdir.Daha 

doğrusu,  makroiqtisadiyyatın  əsas  fondlarının  geniş  təkrar  istehsalına  və  onların 

keyfiyyətinin  yaxşılaşdırılmasına  yönəldilmiş  xərclər  kapital  qoyuluşu  adlanır.Onları 

yeni  müəssisələrin,  bina  və  qurğuların  tikilməsinə,  yenidən  qurulmasına,  mövcud 

müəssisələrin  genişləndirilməsinə,  habelə  avadanlıqların  yeniləşdirilməsinə  və 

modernləşdirilməsinə  istifadə  edirlər.  Kapital  qoyuluşlarının  tərkibinə  tikinti  və 

quraşdırma  işlərinin  həyata  keçirilməsinə  çəkilən  xərclər,  avadanlıqların,  alət  və 

inventarların əldə edilməsinə və habelə sair əsaslı işlər və xərclər aiddir. 

 

 Məlumdur ki, əsas vəsaitlər fəaliyyət prosesində daima öz dəyərini hazır məhsulların 



üzərinə  keçirir.  Mühasibat  uçotunda  bu,  köhnəlmənin  hesablanması  və  onun  istehsal 

xərclərinə  daxil  edilməsi  yolu  ilə  əks  etdiririlir.  Məhsulların  satışından    əldə  edilən 

vəsaitlərin məbləğləri  nəticəsində əsas vəsaitlərin məhsulların üzərinə keçirilmiş hissəsi 

pul formasında təsərrüfata  toplanır. Bu məbləğlərin hesabına  əsas vəsaitlərin istehlak 

edilmiş  dəyərinin    bərpa  edilməsi  və  həmçinin  onların  hissə-hissə    genişləndirilməsi 

həyata  keçirilir.  Əsas  vəsaitlərin  genişləndirilməsinə,  bundan  əlavə  təsərrüfatda    əldə 

edilən gəlirin bir hissəsi və bəzi digər mənbələr də yönəldilir. Beləliklə, kapital qoyuluşu 

təkrar istehsal prosesinin lazımi elementi sayılır. 

 

İldən-ilə texniki yenidən silahlanmaya və işləyən müəssisələrin yenidən qurulmasına 



kapital qoyuluşlarının həcmi artır. Bu o deməkdir ki, istehsal müəssisə və firmalarının bir 

çoxu əsas sənaye fəaliyyəti ilə yanaşı kapital qoyuluşunu həyata keçirir. 

 

Kapital  qoyuluşlarının  müxtəlif  olması  onların  düzgün  qruplaşdırılmasını  tələb 



edir.Tənzimləmədə və uçotda kapital qoyuluşları işlərin təşkilinin xarakterinə (üsuluna), 

quruluşuna (növlərinə), işlərin həcminə, sahəvi əlamətinə, istiqamətlərinə, təyinatlarına 

və hazırlıq dərəcələrinə görə qruplaşdırılır. 

 

İşlərin təşkilinin xarakterinə (üsuluna) görə kapital qoyuluşları ya  podrat üsulu ilə, 



yəni müqavilə əsasında xüsusi tikinti təşkilatı vasitəsi ilə və yaxud da müəssisələrin özləri 

tərəfindən, yəni təsərrüfat üsulu ilə yerinə yetirilir. 

 

Tikintinin  podrat  üsulu    təsərrüfat  üsuluna  nisbətən  üstünlüklərə  malikdir.  Bu 



üstünlüklər ondan ibarətdir ki, podrat təşkilatlar daimi ixtisaslı fəhlə kadrlarına  malikdir, 

qabaqcıl maşın və mexanizmlərlə təmin olunmaqla  böyük təcrübəyə malikdirlər. 

 

Kapital qoyuluşlarını həyata keçirmək və yerinə yetirilən işlərə nəzarət etmək üçün 



müəssisələrdə  adətən  əsaslı  tikinti  şöbələri  (idarələri)  yaradılır.  Kapital  qoyuluşlarını 

həyata keçirən müəssisə bina tikən (sifarişçi) adlanır.Yeni təşkilatın inşası zamanı  bina 

tikən  funksiyasını,  tikilməkdə  olan  müəssisənin  müdiriyyəti  yerinə  yetirə  bilər. 



 

Kommersiya  təşkilatlarının  çoxunda  kapital  qoyuluşları  üzrə  əməliyyatları  müstəqil 



balansa ayırırlar. 

 


Yüklə 244,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin