3. Kapital qoyuluşuları və maliyy invdstisiyaların uçotu



Yüklə 244,85 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix29.12.2021
ölçüsü244,85 Kb.
#48769
1   2   3
Muh. 3

Quruluşuna  görə  kapital  qoyuluşları  aşağıdakı  növlərə  bölünür:  tikinti  işləri; 

quraşdırma  işləri;    quraşdırma  tələb  edən  avadanlıqlar;  quraşdırma  tələb  etməyən 

avadanlıqlar,  invertar, alət;  layihə-axtarış işləri; əsas fondların inventar dəyərinə  daxil 

edilən sair işlər və xərclər; əsas fondların dəyərini artırmayan  xərclər və s. 

 

Tikintinin    həcminə  və  xarakterinə  görə    tikinti  və  tikinti  obyektləri  kimi  belə 



anlayışları  fərqləndirirlər.  Tikinti  dedikdə,  bir  qayda  olaraq  ,  vahid  layihə  üzrə  həyata 

keçirilməklə qurulan təşkilat, buraxılış kompleksi, bina və qurğuların məcmusu, inşaat, 

texniki  yenidən silahlanma, genişləndirmə və ya yenidən qurmanın başa düşülməsi qəbul 

edilmişdir. 

 

Tikinti  obyekti  –  inşasına,  texniki  silahlanmasına,  yenidən  qurulmasına  və  ya 



genişləndirilməsinə ayrıca layihə və smeta tərtib olunan hər bir ayrıca bina və qurğudur. 

 

İstiqamətinə (təkrar istehsal quruluşuna) görə kapital qoyuluşları yeni təşkilatlarının  

tikintisinə, 

işləyən 


təşkilatlarının 

və 


obyektlərin 

yenidən 


qurulmasına, 

genişləndirilməsinə, texniki yenidən silahlanmaya və güclərin saxlanmasına bölünür. 

 

Sahəvi  əlamətinə  görə  kapital  qoyuluşları  metallurgiya,  kimya  sənayesi 



müəssisələrinin  tikintisinə,  kənd  təsərrüfatı,  ticarət,  və  s.  təşkilatlarının  tikintisinə 

bölünür. 

 

Hazırlıq dərəcəsinə görə əsaslı tikinti işləri başa çatdırılmış və başa çatdırılmamaış 

tikintiyə ayrılır. 

 

Kapital qoyuluşları istehsalat obyektlərinə və qeyri-istehsalat obyektlərinə bölünür. 



 

Əsaslı tikinti üzrə təsərrüfat fəaliyyətində ən mühüm tikintilərin  titul siyahısı mühüm 

əhəmiyyətə  malikdir.  Qalan  tikintilər  üzrə  kapital  qoyuluşlarının  həcmi  ayrı-ayrı 

nazirliklər və baş idarələr üzrə tirul siyahılarına ümumi məbləğdə daxil edilir. Ən mühüm 

tikintilərin  siyahısı  (titul  siyahısı)  ayrı-ayrı  sahələr  üçün  müəyyən  olunmuş tikintilərin 

maya  dəyəri  limiti)  də  daxil  olmaqla  Azər.  Respub-nın    Nazirlər  Kabineti  tərəfindən 

təsdiq olunur. 

 

Müəssisələrin  çoxunda  titul  siyahıları  tikintilərin  əhəmiyyətindən  asılı  olaraq  



respublikanın  Nazırlər  Kabineti,  nazirlikləri  və  baş  idarələri,  yaxud  onların  müvafiq 

idarələri tərəfindən təsdiq edilir. 

 

Kapital qoyuluşları ancaq layihə və smeta olarsa həyata keçirilir. 



 

Layihə  dedikdə  texniki  əsasları  özündə  əks  etdirən  kompleks  texniki  sənədləri, 

cizgiləri, aydınlaşdırıcı qeydləri və digər materialları başa düşmək lazımdır. Bütün bunlar 

nəzərdə tutulmuş təşkilatlarının, bina və qurğuların tikintisini və ya yenidən qurulmasını 

həyata keçirmək üçün lazımdır.  




 



 

Layihənin ayrılmaz hissəsi olan smeta obyektlərin tikilməsi və yenidən  qurulmasının 

dəyərini müəyyən edir. 

 

Müəssisədə bina və qurğuların layihələndirilməsi iki mərhələdə həyata keçirilə bilər, 



yəni  texniki  layihə  və  işçi  cizgilərindən  və  yaxud  da  bir  mərhələdə,  yəni  texniki  işçi 

cizgisindən (işçi cizgilərinin texniki layihə ilə birləşməsindən)  ibarət ola bilər. 

 

Tikintiyə  tərtib  olunmuş  texniki  layihələr  müəyyən  edilmiş  qaydada  təsdiq  olunur. 



Tikintinin  smetası  bütün  tikinti  dövrü  üçün  əsas  və  dəyişilməz  sənəd  hesab  olunur.  

Smetanın 

əsasında 

kapital 


qoyuluşlarının 

tənzimləşdirilməsi, 

tikintinin 

maliyyələşdirilməsi və yerinə yetirilmiş əsaslı işlər üzrə hesablaşmalar həyata keçirilir. 

 

Layihə  və  smetaları  bağlanmış  müqavilə  əsasında  xüsusi  layihə  təşkilatları  tərtib 



edirlər.  Yerinə  yetirilmiş  layihə  işlərinə  görə  ödəməni  layihə  təşkilatlarına  ya  onlar 

hazırlandıqca  və  yaxud  da  layihə  qurtardıqdan  sonra  bütövlükdə  ödənilir.  Layihənin 

hazırlanması dərəcəsi hər ay tərtib edilmiş 4 saylı forma üzrə aktla rəsmiləşdiririlir. 

 

Yuxarıda layihə-smeta sənədlərinin məzmunu öz əksini tapdı. Onun tərkibinə mütləq 



smeta-maliyyə haqq-hesabı (smeta) daxil olur ki, onun vasitəsi ilə smeta dəyəri adlanan 

tikintinin və ya yenidən qurmanın dəyəri müəyyən edilir. 

 

Kapital  qoyuluşlarının  yerinə  yetirilmiş  həcminin  qiymətləndirilməsi,  müqavilə 



qiymətlərinin  tərkibində  əks  etdirən  əlavə  məsrəfləri  nəzərə  almaqla  smeta  dəyəri  ilə 

həyata keçirilir. Əsas vəsaitlərin başa çatmış obyektlərinin sənaye müəssisələrinin əsas 

fəaliyyətinə verilməsi zamanı, hesablanan inventar dəyərini müəyyən edən vaxt da smeta 

dəyəri əsas kimi götürülür. 

 

Tikinti təsərrüfat üsulu ilə aparan zaman yerinə yetirilən işləri sifarişçilər üçün faktiki 



maya dəyəri ilə qiymətləndirilir. Bundan  başqa  sifarişçilər onları plan  maya dəyəri ilə 

qiymətləndirir, bu da adətən  smeta dəyərindən plan üzrə yığım məbləğlərini və bu işlərin 

sifarişçiyə müəyyən edilmiş maya dəyərinin aşağı salınması üzrə tapşırığın məbləğlərini 

çıxmaq yolu ilə müəyyən edilir. 

 

Kapital qoyuluşunu bina tikən uçota alır, yəni elə bir təşkilat uçota alır ki, ona təsdiq 



olunmuş plana müvafiq olaraq kapital qoyuluşuna vəsait ayrılmış olsun. Yeni müəssisə 

tikilən  zaman  belə  təşkilat  tikinti  idarəsindən  ibarətdir,  yəni  tikilməkdə  olan  müəssisə 

hesab  olunur,  əgər  kapital  qoyuluşlarının  həcmi  əhəmiyyətli  dərəcədədirsə,  kapital 

qoyuluşu şöbəsi yaradılır. 

 

Kapital qoyuluşlarının mühasibat uçotu aşağıdakıları təmin etməlidir: 



 

a)tikintinin  smeta  dəyərinə    riayət  edilməsinə,  işlər  təsərrüfat  üsulu  ilə  yerinə 

yetirildikdə  isə  həmçinin  işlərin  plan  maya  dəyərinə  riayət  edilməsinə  dövrü  olaraq 

nəzarət etməyi; 




 

 



b)əsaslı işlər üzrə tapşırıqların və obyektlərin işə salınması  üzrə tapşırıqların yerinə 

yetirilməsinə nəzarət etməyi; 

 

c)kapital  qoyuluşları  xərclərinin  maliyyələşdirilməsi  planının  yerinə  yetirilməsi, 



ayrılmış ehtiyatların planda nəzərdə tutulan təyinatına müvafiq olaraq istifadə edilməsinə 

və tikintidəki daxili ehtiyatların cəlb edilməsi nəzərdə tutulan işlərin yerinə yetirilməsinə 

nəzarət  və  nəhayət,  kapital  qoyuluşlarının  maliyyələşdirilməsinə  xüsusi  vəsaitlərin 

qoyulması planının yerinə yetirilməsinə nəzarət etməyi; 

 

ç)işə  salınmış  tikinti  obyektlərinin    tam  inventar  dəyərinin,  əldə  edilmiş 



avadanlıqların, alətlərin, inventarların və digər əsas vəsaitlərin faktiki maya dəyərinin öz 

vaxtında və düzgün aşkar edilməsi

 

d)tərtib edilmiş sənədlər əsasında təsərrüfat əməliyyatlarının düzgün və öz vaxtında 



qeyddən keçirilməsini; 

 

e)artıq xərclərin və digər maliyyə-smeta qaydalarının pozulmasının şkara çıxarılması 



və nəzərə çatdırılmasını. 

 

Tikintidə mühasibat uçotunun əsas vəzifəsi kapital qoyuluşundan istifadə edilməsinə 



gündəlik  nəzarətin  həyata  keçirilməsindən  ibarətdir  və  eyni  zamanda  birinci  növbədə 

tikinti  istehsalının  texniki  təkmilləşdirilməsinə,  yeni  istehsal  güclərinin  tezliklə 

tikilməsinə,  tikinti-quraşdırma  işlərinin  maya  dəyərinin  aşağı  salınmasına  və 

keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir. 

 

Əsaslı tikintini həyata keçirərkən bütün istehsal prosesində olduğu kimi, mühasibat 



uçotunda  əks  etdirilən,  təsərrüfat  vəsaitlərinin  durmadan  hərəkəti  baş  verir,  bu  da 

beləliklə mühasibat uçotunun obyekti kimi xidmət edir. 

 

Əsaslı  tikintidə  mühasibat  uçotunun  konkret  obyektinə  yeni  tikintiyə,  işləyən 



müəssisə,  bina  və  qurğuların  genişləndirilməsinə  və  texniki  silahlanmasına,  hazır 

fondların hazır əşyalarının əldə edilməsinə çəkilən xərclər və habelə bu xərclərin maliyyə 

mənbələri  aid  edilir.  Mühasibat  uçotu  yerinə  yetirilmiş  tikinti,  quraşdırma  işlərinin 

ödənilməsini, qoyulmuş avadanlıq və materialların və onların hərəkətinin uçotunu, əsaslı 

işlərin    növləri,  təyinatı  və  obyektləri  üzrə  faktiki  maya  dəyərinin  hesablanmasını, 

maliyyələşmənin onların mənbələri üzrə istifadə edilməsinin uçotunu, malgöndərənlər və 

podradçılarla hesablaşmaların uçotunu təmin edir. 

 

 



 

 

 



 


 

 



 

2.Əsaslı tikintidə maliyyələşmə, kreditləşmə və hesablaşmaların uçotu 

 

Əsaslı  tikintinin  maliyyələşdirilməsi,  investorların  xüsusi  vəsaitləri,  yəni  əsas 



vəsaitlərin tamamilə bərpası üçün amortizasiya ayırmaları və xalis mənfəət  və ya xalis 

mənfəət  hesabına  onlar  yaradıldığı  hallarda  xüsusi  təyinatlı  fondlar,  sığorta 

hadisələrindən  olan  itkilərin  və  zərərlərin  örtülməsi  üçün  müəssisələr  və  təşkilatlar 

tərəfindən  alınmış  sığorta  ödəmələri  və  geri  qaytarılmamaq  əsasında  alınmış  büdcə 

təxsisatı hesabına həyata keçirilir. 

 

Göstərilən mənbələrlə yanaşı müəssisələr, özünün xüsusi maliyyələşmə mənbələrinin 



çatışmaması  zamanı,  borclar  və  bank  kreditləri  formasında  müvəqqəti  olaraq  digər 

hüquqi  və  fiziki  şəxslərin  vəsaitlərini  cəlb  edə  bilərlər.  Cəlb  edilmiş  vəsaitlərin 

ödənilməsi,  sonra  müqavilə  ilə  müəyyən  edilmiş  vaxtda,  yuxarıda  göstərilən 

maliyyələşmə mənbələri hesabına həyata keçirilir. 

 

Təşkilatlar tərəfindən  hər il tikintinin  smetalarına  və müqavilələrinə   əsasən tərtib 



edilən  əsaslı  tikintinin  maliyyələşdirilməsi  planlarında,  onların  növləri  və  qədəri  üzrə  

maliyyələşdirmə mənbələri müəyyənləşdirilir. 

 

Əsaslı tikintinin maliyyələşdirilməsi  hesablaşma hesabı (223№-lı Bank hesablaşma 



hesabı) və ya (223saylı hesabın 2-ci“Valyut  hesabı” subhesabı) hesablarından həyata 

keçirilir. 

 

Əsaslı  tikintinin  maliyyələşdirilməsinə  ayrılmış,  investorların  pul  vəsaitləri  (o 



cümlədən  büdcə təxsisatı),  onların bir yerə toplanması məqsədi  ilə bankda xüsusi hesaba 

köçürülə  bilər,  gələcəkdə  həmin  hesabdan    tikintinin  maliyyələşməsi  həyata  keçirilir. 

Belə halda bu vəsaitlərin uçotu 224 saylı “Digər tələbli bank hesabları” hesabında aparılır. 

 

Torpaq,  tikili  və  avadanlıqlarfın  tamamilə  bərpa  üçün  amortizasiya  ayırmaları 



hissəsində  əsaslı tikintinin xüsusi maliyyələşmə mənbələri məhsulların satışından əldə 

edilən vəsait formasında  və ya yerinə yetirilən işlərə görə avanslar formasında onların 

daxil olması zamanı ancaq pul vəsaitlərinin uçotu  hesablarında  öz  əksini tapır, daha 

doğrusu, satışdan əldə edilən vəsaitin müəyyən edilməsi metodundan asılı olaraq, uçotda 

satışdan  əldə  edilən    vəsaitin  223    №-lı  “Bank  hesablaşma  hesabları”(və  ya  223.2) 

hesabının  debeti  və  601  saylı    “Satış”  və  ya  211  saylı  “Malalanlar  və  sifarişçilərin 

qısamüddətli debitor borcları” hesablarının kreditində, habelə alınmış avanslara görə 543 

saylı “Alınmış qısamüddətli avanslar” hesabının  krediti üzrə  qeyd edildikdən sonra öz 

əksini tapır. Beləliklə. mənbə kimi amortizasiya  mühasibat uçotunda  uçota alınmır. 

 

Xalis mənfəət və  ya  xüsusi fondlar hissəsində əsaslı tikintinin xüsusi maliyyələşmə 



mənbələri  də,  həmçinin  pul  vəsaitlərinin  uçotu  hesablarında    uçota  alınır.  Lakin 

amortizasiya ayırmalarından fərqli olaraq  həmin vəsaitlər mühasibat uçotunda mənbələr 

kimi əks olunur, daha doğrusu, fondlar yaranan halda 801 saylı “Ümumi mənfəət  “zərər” 



 

və  ya  343  saylı  “Keçmiş  illər  üzrə  bölüşdürülməmiş  mənfəət  (örtülməmiş  zərər)” 



hesablarının krediti üzrə göstərilir. 

 

Əmlakın  sığorta  edilməsi  üzrə  müqaviləyə  əsasən  itkilərin  və  zərərlərin  örtülməsi 



üçün sığorta təşkilatlarından kommersiya təşkilatları tərəfindən alınan sığorta ödəmələri 

pul  vəsaitlərinin  uçotu  hesablarının  debeti  üzrə  və  515  saylı  “Digər    qısamüddətli 

qiymətləndirilmiş öhdəliklər” hesabının krediti üzrə əks olunur. 

 

Əsaslı tikintinin maliyyələşdirilməsi üçün kommersiya təşkilatlar tərəfindən götürülən 



borc  vəsaitləri,  onların  götürülməsi  müddətindən  asılı  olaraq  pul  vəsaitlərinin  uçotu 

hesablarının  debeti  üzrə  və  504  saylı  “Qısamüddətli  borclar”  və  ya  404  saylı 

“Uzunmüddətli borclar” hesablarının krediti üzrə əks olunur. 

 

Əsaslı  tikintinin  maliyyələşdirilməsinə  təşkilatlar  tərəfindən  götürülmüş  bank 



kreditləri  pul  vəsaitlərinin    uçotu  hesablarının  debeti  501  saylı  “Qısamüddətli  bank  

kreditləri” və ya 401 saylı”Uzunmüddətli bank kreditləti” hesablarının krediti üsrə uçota 

alınır. 

 

Pay iştirakı qaydasında tikinti iştirakçılarından istehsalat və qeyri-istehsalat təyinatlı 



obyhektlərin tikintisinə  baş  sifarişçiyə  daxil olan  pul  vəsaitləri,  pul  vəsaitlərinin  uçotu 

hesablarının debeti üzrə 444 saylı “Uzunmüddətli məqsədli maliyyələşdirmələr və daxil 

olmalıar” hesabının krediti üzrə uçota alınır. 

 

Məlum  olduğu  kimi,  ixtisaslı  tikintinin    xüsusi  maliyyələşmə  mənbələri  kifayət 



etməyən zaman müəssisələr və təşkilatlar bank kreditini cəlb edirlər. 

 

Əsaslı  tikintinin  dövlətin  mərkəzləşdirilmiş    maliyyələşdirilməsi,  həmçinin  dövlət 



investisiya  krediti  hesabına    həyata  keçirilə  bilər  (geri  qaytarılmaq  əsasında  verilən 

məqsədli pul vəsaitləri). 

 

Geri  qaytarılmaq  əsasında,  əsaslı  tikinti  mərkəzləşmiş  dövlət  maliyyələşdirilməsi 



üçün  verilən  məqsədli  pul  vəsaitləri  (dövlət  investisiya  kreditləri),  Azərbaycan 

Respublikasının dövlət idarəetmə orqanlarının qərarlarının icrası üçün  Mərkəzi Bank ilə 

Maliyyə Nazirliyi arasında  bağlanmış razılaşmalar (müqavilələr) əsasında verilir. Bankla 

bağlanmış  razılaşmaya  müvafiq  olaraq,  bu  vəsaitlər    ödəmə  tapşırığı  ilə  kommersiya 

bankları vasitəsilə  müəssisələrə,  təşkilatlara və tikintilərə köçürülür.   

 

Geri  qaytarılmaq  əsasında  məqsədli  pul  vəsaitləri  təşkilatlara  əmlakın,  maddi 



qiymətlilərin,  başa  çatmış  tikinti  obyektlərinin    və  digər  əmlakın  girov  qoyulması  ilə 

verilir. 

 

Yeni başlanan tikinti və obyekt üzrə məqsədli vəsaitlərin geri qaytarılması, müqavilə 



ilə müəyyən edilmiş müddətdə onlar işə salındıqdan sonra başlanır. İşləyən təşkilatlarda 

tikilən  obyektlər  üzrə,  məqsədli  pul  vəsaitlərinin  geri  qaytarılması,  bu  obyektlərin  işə 

salınmasına qədər başlanır. 



 

 



Yerinə yetirilmiş tikinti və layihə-axtarış işlərinə, göndərilmiş maddi qiymətlilərə və 

göstərilmiş  xidmətlərə  görə  sifarişçinin  investisiya  prosesinin  digər  iştirakçıları  ilə 

hesablaşmalar  podrat  müqavilələrində  və  müqavilələrdə  müəyyən  edilmiş  qaydada 

həyata keçirilir. 

 

Qarşılıqlı münasibətləri müəyyən edən əsas sənəd, o cümlədən həm də sifarişçi və 



podrat tikinti təşkilatı arasında hesablaşmalar qaydası, podrat müqaviləsi hesab olunur. 

 

Müqaviləyə müvafiq olaraq hesablaşmalar konstruktiv elementlər və ya mərhələlər və 



obyektdə bütün işlər başa çatdıqdan sonra həyata keçirilə bilər. 

 

Sifarişçi və podrat tikinti təşkilatı arasında hesablaşmalar yerinə yetirilmiş ayrı-ayrı 



işlərə və xidmətlərə görə və ya mərhələlərə görə konstruktiv elementlər üzrə aparıla bilər. 

Bu zaman sifarişçi yerinə yetirilmiş işlərin həcmi haqqında arayışa (və ya aktlara) əsasən 

podratçıya  müəyyən qədər pul vəsaitini köçürür və onları verilmiş avanslar kimi uçota 

alır.  Müqavilədə  hesablaşmanın  konkret  işlərə  görə  həyata  keçirilməsi  nəzərdə  tutula 

bilər, belə halda sifarişçidə balansda başa çatmış tikinti uçota alınacaqdır. 

 

 Bütün  işlərin  başa  çatması  üzrə    hesablaşmalar  həyata  keçirilən  zaman,  sifarişçi 



podratçıya  onlar qurtardıqdan sonra  işlərin tam dəyərini ödəyir. Müqavilənin şərtləri ilə 

podtarçının məsrəflərini tikintinin müddəti ərzində avanslaşdırmaq  nəzərdə tutula bilər, 

belə  halda  tikinti  başa  çatana  qədər  köçürülən  məbləğlər  sifarişçiyə  verilmiş  avanslar 

kimi uçota alınır. 

 

 

 



 

3.Kapital qoyuluşlarına  məsrəflərin  və işlərin yerinə yetirilməsi üsulundan asılı  

                                    olaraq kapital qoyuluşlarının uçotu   

 

Kapital qoyuluşlarına və onunla əlaqədar olan bütün məsrəflər bina tikən (sifarişçi), 



daha doğrusu, özü üçün tikinti işi aparan və onun maliyyələşdirilməsini həyata keçirən 

təşkilat uçota alır. Yeni istehsal güclərinin (təşkilatlarının) tikintisi zamanı belə təşkilat 

tikilməkdə  olan  təşkilatın  müdiriyyəti  hesab  olunur.  Bu  zaman  kapital  qoyuluşlarının 

həcmi böyük olduqda  həmin təşkilatın tərkibində kapital qoyuluşu şöbəsi yaradılır. 

 

Kapital  qoyuluşlarının  uçotu  həm  tikinti  üzrə  bütövlükdə  və  həm  də  ayrı-ayrı 



obyektlər üzrə (binalar, qurğular, ötürücü qurğular və s.) obyektləri işə salana qədər və 

ya  müvafiq  işlərin  və  məsrəflərin  silinməsini  tamamilə  yerinə  yetirənə  qədər  ilin  və 

tikintinin  əvvəlindən  artan  yekunla  faktiki  məsrəflər  üzrə  aparılır.  Bununla  yanaşı 

sifarişçi tikintinin həyata keçirilməsi üsulundan asılı olmayaraq həyata keçirilən kapital 

qoyuluşlarının  uçotu  smeta  dəyəri ilə də aparılır. Sifarişçinin  mühasibatında  bütün 

maliyyələşdirmə mənbələrində həyata keçirilən kapital  qoyuluşlarının uçotu 113 saylı 




 

“Torpaq,  tikili  və  avadanlıqlarla  bağlı  məsrəflərin  kapitallaşşdırılması”  hesabında  



aparılır. Bu hesabın debetində müəyyən edilmiş qaydada  torpaq, tikili və avadanlıqların 

obyektlərinin ilkin dəyərinə daxil edilən sifarişçinin faktiki məsrəfləri, həmçinin torpaq, 

tikili  və  avadanlıqların  obyektlərinin  ilkin  dəyərinə  daxil  edilməyən,  əsas  vəsaitlərin 

tikintisi və əldə edilməısi ilə əlaqədar olan məsrəflər də əks olunur. 

 

Bina tikənin (sifarişçinin) mühasibat uçotunda kapital qoyuluşları faktiki xərclər üzrə 



əks olunur. Podrat üsulu ilə tikinti və quraşdırma işləri yerinə yetirilən zaman sifarişçilər 

üçün  faktiki məsrəf, podratçı təşkilata ödənilən bu işlərin smeta dəyərindən ibarətdir. 

 

Kapital qoyuluşları üzrə əməliyyatlar 16 saylı jurnal-orderdə uçota alınır, əməliyyatlar 



113 saylı “torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının 

krediiti  üzrə  aparılır.  Bu  zaman  əgər  əsaslı  tikinti  şöbələri  və  tikilməkdə  olan 

müəssisələrin müdiriyyəti işləri ancaq podrat üsulu ilə həyata keçirilirsə, 16 saylı jurnal-

orderdə,  113  saylı  hesabın  krediti  ürə  aparılır,  əgər  işlər  podrat  üsulu  ilə  aparılarsa, 

onların istehsalına çəkilən xərclər 10-M/d saylı jurnal-orderdə uçota alınır, buna görə də 

113 saylı hesabın krediti üzrə əməliyyatlar 16 saylı jurnal-orderdə əks olunur.  

 

İşlərin  podrat  üsulu  ilə  yerinə  yetirildiyi  vaxt  kapital  qoyuluşlarının  uçotu  zamanı 



sifarişçilər tikinti işlərini yerinə yetirmək üçün özünə təşkilatlar  (podratçılar) tapır və 

tikintinin bütün dövrü üçün onlarla podrat müqaviləsi bağlayırlar. 

 

Tikintinin  aparılmasının  podrat  üsulu  zamanı  tikinti  istehsalına  məsrəflərin    uçotu 



podratçı tərəfindən yerinə yetirilir. Sifarişçi (tikilməkdə olan müəssisənin müdüriyyəti və 

ya işləyən təşkilatlarda Əsaslı tikinti şöbəsi) tikintinin keyfiyyətinə nəzarəti həyata keçirir 

və tikintisi başa çatmış obyektləri istismara qəbil edir. 

 

Müəyyən  edilmiş  qaydada  yerinə  yetirilmiş  və  rəsmiləşdirilmiş  tikinti  işləri  və 



avadanlıqların  quraşdırılması  üzrə  işlər  sifarişçidə  podratçı  təşkilatın  ödəməyə  təqdim 

etdiyi və bank tərəfindən qəbul edilən hesaba əsasən smeta dəyəri və ya müqavilə qiyməti 

ilə əks olunur. 

 

Podrat  üsulu  ilə  tikinti  zamanı  sifarişçidə  xərclərin  uçotunu  xərc  elementləri  üzrə 



(materiallar, əmək haqqı və i.a.) aparmaq lazım gəlmir. Tikinti və quraşdırma işləri üzrə 

xərclər bütövlükdə obyekt üzrə və ya işlərin mərhələləri üzrə  podratçı təşkilatın verdiyi 

hesablara əsasən smeta dəyəri ilə müəyyən edilir. Xərclərin elementi üzrə uçot, belə halda 

ancaq öz əksini podratçıda tapır. 

 

Mühasibat  uçotunda  xərclər  onların    növü  üzrə  (tikinti-quraşdırma  işləri,  layihə-



axtarış işləri və i.a.) qruplaşdırılır və tikintinin əvvəlindən obyektin istismara verildiyi 

vaxta  qədər  artan  yekunla  gələcəkdə  tikili  və  avadanlıq  olası  hər  bir  obyekt  üzrə 

bölüşdürülür. 



 

10 


 

Hər bir obyektə uçot şifri verilir və bu şriftlər üzrə bölüşdürülən xərclər uçota alınır. 

Şifr  balans  hesabının,  subhesabının  nömrəsini,  xərclərin  növünü  və  obyektə  verilmiş 

nömrəni əhatə etməlidir. 

 

İşləyən müəssisələrin texniki yenidən silahlanması, konstruksiyanın yeniləşdirilməsi 



və genişləndirilməsi prosesində  işlər müəssisənin öz kollektivinin gücü ilə yerinə yetirilə 

bilər.  Belə  hallarda  sifarişçi  tikinti  işlərini  aparmaqla  yanaşı,  tikinti  istehsalının 

tənzimlənməsi,  tikinti-quraşdırma  işlərinin  uçotu  və  maya  dəyəri  kalkulyasiyasının 

qüvvədə olan Əsasnaməyə müvafiq olaraq həyata keçirilir. 

 

Təsərrüfat üsulu ilə tikinti işləri aparılan zaman podrat müqavilələri tətbiq olunmur, 



onlar müəssisənin rəhbərləri tərəfindən müvafiq icraçılara verilir. 

 

İşlərin  bu  üsulla  yerinə  yetirilməsi  zamanı  tikinti-quraşdırma  işləri  istehsalına 



məsrəflərin uçotu, təxminən podrat təşkilatlarında olduğu kimi, aparılır. Bununla yanaşı, 


Yüklə 244,85 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin