3.sinif KSQ-2 1. Səs informasiyasına aid olanı seç.
A) Gülün ətri B) Telefonun zəngi
C) Gülün rəngi
2. Aşağıdakı qrupu necə adlandırmaq olar?
A) Dənizlər
B) Heyvanlar aləmi
C) Günəş
3. Hansı sürünən heyvandır?
A) Dəvə B) İlan C) Qartal
4. Hansı obyektin əlamətləridir?
Sarıdır, yumrudur, işıqlıdır, böyükdür A) Limon B) Günəş
C) Şəkərbura
5. Aşağıdakı obyektlərin hansı əlamətləri oxşardır?
A) Forması B) Tərkibi C) Dadı
6. Nailə televizora baxır. Bu halda:
A) Nailə informasiya mənbəyidir, televizor isə informasiyanın qəbuledicisidir.
B) Nailə informasiyanın qəbuledicisidir, pəncərə isə informasiya mənbəyidir.
C) Nailə informasiyanın qəbuledicisidir, televizor isə informasiya mənbəyidir.
7. Məktubu dostumuza göndərəndə biz nə edirik?
A) informasiyanı emal edirik
B) informasiyanı ötürürük
C) informasiyanı qəbul edirik
8. Hansı halda informasiya mübadiləsi baş verir?
A) müəllim dərsi izah edir
B) televiziyada xəbərlər verilir
C) ana öz oğlu ilə söhbət edir
9. Balıqların ümumi əlamətini qeyd edin.
А) insanlara hücum edir
В) suda yaşayırlar
C) rəngləri qırmızıdır
10. Hansı sətirdə səhv yoxdur?
А) bülbül, sərçə, canavar, ördək – quşlardır
В) dovşan, ayı, inək, tülkü – vəhşi heyvanlardır
С) karandaş, pozan, xətkeş, qələm – məktəb ləvazimatlarıdır
11. Şəkildəki obyektə hansı ad uyğundur?
А) birqulplu qazan
В) iki qulpu və qapağı olan qazan
C) qapağı və naxışı olan qazan