S
ƏHMDARLARIN VƏZİFƏ VƏ HÜQUQLARI
M a d d
ə 8. Səhmin dəyərinin ödənilməsinə görə səhmdarın məsuliyyəti
1. C
əmiyyət Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan qaydada dövlət qeydiyyatından keçdiyi gündən bir il
ərzində səhmdar abunə yazıldığı səhmlərin nominal dəyərini tamamilə ödəməlidir.
2. S
əhmdar abunə yazıldığı səhmlərin dəyərini təsis yığıncağında müəyyənləşdirilmiş müddətdə, lakin bir ildən çox olmamaq
şərtilə tam ödəyərək onları satın almalıdır. Əks təqdirdə cəmiyyətin nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa, səhmdar
gecikdirilmi
ş məbləğin 10 faizi həcmində əlavə vəsait ödəməlidir.
S
əhmlərin satın alınma müddəti keçdikdən sonra cəmiyyət onları sərbəst surətdə sata bilər.
M a d d
ə 9. Səhmdarın cəmiyyətdən dividend və pay alması
1.
C
əmiyyətin illik mənfəətinin məbləğindən səhmdar malik olduğu səhmin və ya müvəqqəti səhm şəhadətnaməsinin
d
əyərinə uyğun olaraq dividend alır. Hər bir səhmə düşən dividendin məbləği səhmdarların ümumi yığıncağında müəyyən edilir.
2.
C
əmiyyət ləğv edildiyi halda səhmdar onun əmlakından bu Qanunun 26-cı maddəsinə uyğun olaraq pay alır.
M a d d
ə 10. Səhmdarın sahiblik hüququnun dəyişdirilməsi
1.
Açıq tipli s
əhmdar cəmiyyətinin səhmdarı öz səhmini (səhmlərini) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulan qaydada özg
əninkiləşdirmək hüququna malikdir.
2.
Qapalı tipli s
əhmdar cəmiyyətinin səhmdarı öz payını (səhmini) digər şəxslərə yalnız cəmiyyət üzvlərinin əksəriyyətinin
razılı
ğı ilə notariat qaydasında təsdiq etdirmək şərti ilə özgəninkiləşdirə bilər.
S
əhmdar öz payını (səhmini) özgəninkiləşdirmək üçün razılıq almadığı halda, öz payının (səhminin) dəyərini cəmiyyətdən geri
almaq hüququna malikdir.
3. S
əhmini özgəninkiləşdirən səhmdar bu barədə cəmiyyətə məlumat verməlidir.
M a d d
ə 11. Bir səhmə ümumi mülkiyyət hüququ
Bir s
əhm bir neçə şəxsə məxsus olduqda həmin şəxslər bu səhmin verdiyi hüquqlardan Azərbaycan Respublikasının, mülki
qanunvericiliyin
ə uyğun istifadə edirlər.
S
əhmin nominal dəyərinin ödənilməsinə görə onlar birgə məsuliyyət daşıyırlar.
M a d d
ə 12. Səhmdarın səsvermə hüququ
1. h
ər bir səhmdar malik olduğu səhmlərin sayına görə səs verir, 2. İmtiyazlı səhmlərə malik olan səhmdar nizamnamədə
göst
ərilən hallar istisna olmaqla, səs vermək hüququna malik deyildir.
3.
Adi s
əhmə malik olan səhmdar səhmlərin əldə edilməsi və ya səhmlərin dəyərinin ödənilməsi üzrə öhdəlikləri pozduğu
halda, malik oldu
ğu səhmlərin sayından asılı olmayaraq səsvermə hüququndan məhrum edilir.
4.
S
əhmdar səsvermə hüququnu şəxsən və ya etibarnamə əsasında nümayəndə vasitəsilə həyata keçirə bilər.
5.
S
əhmdarın səsvermə hüququnun həyata keçirilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir.
M a d d
ə 13. Səhmdarın məlumat almaq hüququ
1.
h
ər bir səhmdarın ümumi yığıncaqda iştirak etmək, müşahidə şurasının, idarə heyətinin üzvlərindən izahat tələb etmək,
t
əkliflər vermək, öz iradlarını bildirmək hüququ vardır.
2.
İdarə heyəti nizamnamədə nəzərdə tutulmuş qaydada, səhmdarların ümumi yığıncağının başlanmasına azı bir həftə qalmış
iclasın günd
əliyinə daxil edilmiş məsələlər haqqında səhmdarın tələbi ilə ona lazım olan məlumatları verməyə borcludur.
3.
İdarə heyəti nizamnamədə nəzərdə tutulmuş qaydada, səhmdarların ümumi yığıncağının başlanmasına ən geci 30 gün
qalmı
ş cəmiyyətin fəaliyyətinə aid məlumatları, müşahidə şurasının, idarə heyətinin hesabatı haqqında və digər zəruri
m
əlumatları səhmdarların nəzərinə çatdırmalıdır.
4.
İdarə heyəti hər bir səhmdarın tələbi ilə ümumi yığıncağın protokolundan çıxarışı və ya protokolun surətini ona verməlidir.
M a d d
ə 14. Səhmdarın tələbi ilə ümumi yığıncağın çağırılması
1.
C
əmiyyətin nizamnamə fondunun azı onda bir hissəsinə malik olan səhmdarlar ümumi yığıncağın keçirilməsini tələb
etdikd
ə idarə heyəti bu tələbi yerinə yetirməlidir.
2.
İdarə heyəti bu maddənin birinci bəndində göstərilən səhmdarın (səhmdarların) tələbini 30 gün ərzində yerinə yetirmədikdə
ümumi yı
ğıncağı 30 gün ərzində müşahidə şurası çağırır.
3.
Mü
şahidə şurası səhmdarın (səhmdarların) tələbini yerinə yetirmədikdə, o (onlar) bu barədə məhkəməyə müraciət edə
bil
ər.
M a d d
ə 15. Səhmdarların tələbi ilə cəmiyyətin fəaliyyətinin yoxlanılması
1.
C
əmiyyətin nizamnamə fondunun azı onda bir hissəsinə malik olan səhmdar (səhmdarlar) öz məqsədini və dəlillərini
göst
ərməklə müşahidə şurasından cəmiyyətin sahibkarlıq fəaliyyətinin yoxlanılmasını tələb edə bilər.
2.
Mü
şahidə şurası bu maddənin birinci bəndində göstərilən səhmdarların tələbini 30 gün ərzində yerinə yetirmədikdə
s
əhmdarlar ümumi yığıncağa müraciət edə bilərlər.
3.
S
əhmdarların ümumi yığıncağı səhmdarın (səhmdarların) tələbini yerinə yetirmədikdə, 6 (onlar) bu barədə məhkəməyə
müraci
ət edə bilər.
M a d d
ə 16. Səhmdarların tələbi ilə ümumi yığıncağın gündəliyində dəyişikliklər edilməsi
1.
Nizamnam
ə fondunun azı onda bir hissəsinə malik olan səhmdar (səhmdarlar) öz məqsədini və dəlillərini göstərməklə bu
v
ə ya digər məsələnin səhmdarların ümumi yığıncağının başlanmasına ən geci 10 gün qalanadək onun gündəliyinə salınmasını,
t
ələb edə bilər.
2.
İdarə heyəti səhmdarın (səhmdarların) tələb etdiyi məsələni ümumi yığıncağın gündəliyinə daxil etməli və bu barədə
yı
ğıncağın başlanmasına ən geci bir həftə qalmış səhmdarlara məlumat verməlidir.
3.
İdarə heyəti bu maddənin 2-ci bəndində göstərilən öhdəliyi yerinə yetirmədikdə səhmdarların tələb etdiyi məsələ 3 gün
ərzində müşahidə şurası tərəfindən ümumi yığıncağın gündəliyinə salınır.
4.
Mü
şahidə şurası səhmdarların tələbini yerinə yetirmədikdə onlar ümumi yığıncağa müraciət edə bilərlər.
5.
S
əhmdarların ümumi yığıncağı səhmdarın (səhmdarların) tələbini yerinə yetirmədikdə, o (onlar) bu barədə məhkəməyə
müraci
ət edə bilər.
IV f
əsil
Dostları ilə paylaş: |