[4] — Azərbaycanlı milyonçu



Yüklə 33,92 Kb.
tarix20.05.2022
ölçüsü33,92 Kb.
#58751
Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti


Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti

H acı Zeynalabdin Tağıyev (25 yanvar 1823, Bakı – 1 sentyabr 1924, Bakı[4]) — Azərbaycanlı milyonçu,[5] mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı.[6] II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı.[7]
Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən idi.
Neft sənayesi və nəqliyyat
1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o, 1872-ci ildə "Hacı Zeynalabdin" şirkətini yaradır.
1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də iki ortağı ilə birlikdə BibiHeybətdə icarəyə torpaq götürüb, buruq quraraq quyu qazmağa başlayır. Lakin beş il ərzində heç bir nəticə olmur, xərclər artır, neft isə çıxmırdı. Ortaqlar "zərərli biznesdən" çıxmaq qərarına gəldilər. Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, inadla "qara qızıl" axtarmağa davam edirdi. 1878-ci ildə dörd quyudan birində neft fontan vurdu. Bu hadisə həmin andan Z.Tağıyevin şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxardı. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayırdı. Üç il sonra Balaxanıda və BibiHeybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun, Tsaritsında (indiki Volqoqrad), Nijni Novqorodda, Moskvada anbarlar, iki – ağ neft və sürtgü yağı zavodu Tağıyevin şirkətinə məxsus idi. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edilmiş məhsul təşkil edirdi.
Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır.
1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 kq) neft hasil edir.
"Mazut" şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə "Bakı-Batum" neft kəməri aksioner şirkətini yaradırlar. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb Xəzər sahilini Qara dəniz sahili ilə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə tamamlamışdılar. 29 oktyabr 1897-ci ildə Londonda "Rusiya nefti və maye yanacağın hasil edilməsi cəmiyyəti" (və ya "Oleum") təsis olunarkən Z.Tağıyev Şuranın 6 üzvündən biri olur.[15]
Bundan başqa Tağıyev "Kaspi" birliyi ilə əməkdaşlığını sürətli inkişaf etdirir ki, orada da o,1889-cu ilə qədər 738 pay haqqına, müxtəlif illərdə 100-dən 250-yə qədər fəhlənin çalışdığı 3 gəmiyə, iki quru doka (Q. Ş. Dadaşovla birgə) və körpüyə sahib idi.[

Toxuculuq sənayesi


1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. 1900-cu ildə isə Qafqazda ilk toxuculuq istehsalatı olan toxuculuq fabriki açır. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir.[17]

Balıqçılıq sənayesi


İmperator II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç polyak qızı ilə evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş edir ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlmək üçün ona icazə versin. O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarka (peymanə) bəxşiş göndərmişdi. Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürmüşdü.
1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olmuşdur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etmişdir.
Hacı Zeynalabdin Tağıyev balıqçılığın zəiflədiyini görüb, qızıl üzüyünü balığın ağızına atıb balığı dənizə buraxmışdır. Və bunu eşidən balıqçılar həmin balığı tutmaq arzusu ilə dənizə tökülüşmüşdülər.[18]

Enerji sənayesi


1899-cu ildən H. Z.Tağıyev enerji sektoruna qoşulur. Onun bu istiqamətdəki fəaliyyəti 1899-cu ildə "Enerji gücü" səhmdar cəmiyyətinin yaranmasına gətirib çıxardı. Burada Tağıyev sədr müavini vəzifəsində çalışırdı. Artıq XX yüzilliyin əvvəllərinə yaxın Ağ Şəhərdə və Bayıl burnunda səhmdar cəmiyyətinin balansında iki elektrik stansiyası vardı.



Yüklə 33,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin